SON XƏBƏRLƏR

Azərbaycan solçuları erməni həmkarlarına görüş təklif edib

2021.10.20, 07:36
Azərbaycan solçuları erməni həmkarlarına görüş təklif edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Bu məqsədlə Ermənistanın sol yönümlü partiyalarına müraciət edilib Azərbaycan sol siyasi partiyaları Ermənistanın sol yönümlü partiyalarına ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı müraciət edib. Azərbaycan Sosialist Partiyasının (ASP) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə qərar Azərbaycanın üç sol yönümlü - ASP, Vahid Azərbaycan Kommunist Partiyası və marksizm-leninizm platformasında Kommunist Partiyası rəhbərlərinin üçtərəfli görüşündə qəbul olunub. Müraciətdə bildirilib ki, ölkə prezidentlərinin keçirdiyi görüşlər, xalq diplomatiyası formatının ortalığa gətirilməsi tərəflər arasında biri-birinə etimadın artmasının, dialoqun müsbət məcraya yönəlməsinin göstəricisi kimi qəbul edilir. “Proseslərin inkişafı kimi bizim də birgə görüşlər keçirərək münaqişənin partiyalar səviyyəsində müzakirəsini, məsələyə münasibət bildirməyimizi zəruri etməkdədir. Bu cür görüşlərin keçirilməsi siyasi partiyalar arasında da etimadın yaranmasına və gələcəkdə obyektiv qərarların qəbul edilməsinə gətirib çıxara bilər. Biz öz tərəfimizdən bu görüşün tərəflər üçün qəbul edilən neytral bir məkanda keçirilməsinə hər zaman hazırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar