SON XƏBƏRLƏR

Serj Sarkisyan: “Bizimlə ilkin şərt dili ilə danışmaq olmaz”

2021.10.20, 07:36
Serj Sarkisyan: “Bizimlə ilkin şərt dili ilə danışmaq olmaz”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, “Türkiyədəki bəzi siyasi qüvvələr Ermənistanla əlaqələrin qurulmasını Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan əlaqələrinə bağlamağa cəhd göstərir” “Ermənistan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Türkiyə tərəfindən qabaqcadan irəli sürülən hər hansı şərti qəbul edə bilməz”. bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. “Biz tarixlə, xüsusilə, Osmanlı imperiyasında 1915-ci il erməni soyqırımı ilə bağlı problemlərə baxmayaraq, Türkiyəyə əlimizi uzatdıq. Bu yol çətin olsa da, biz güc tapdıq və Türkiyə rəhbərliyinə təklif etdik ki, ilkin şərt olmadan diplomatik əlaqələr bərpa olunsun, yollar açılsın, sonra isə vacib bildiyimiz məsələləri müzakirə edək”. Serj Sarkisyanın sözlərinə görə, rəsmi İrəvan bir il ərzində Türkiyə ilə danışıqlar aprarıb və iki sənədi razılaşdırıb: “Amma bundan sonra Türkiyədəki bəzi siyasi qüvvələr ilkin şətlər irəli sürməyə, Ermənistanla diplomatik əlaqələrin qurulmasını Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan əlaqələrinə bağlamağa cəhd göstərdi”. Serj Sarkisyan bəyan edib ki, istənilən addım əks reaksiya doğurur: “Biz anlayırıq ki, Türkiyə böyük dövlətdir, onun regiondakı və dünyadakı rolunu başa düşürük. Lakin biz ermənilər müstəqil dövlətik və bizimlə ilkin şərt dili ilə danışmaq olmaz”.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar