SON XƏBƏRLƏR

M.Musəvi “Biz səni dəstəkləyirik” şuarları ilə qarşılaşsada, polis onu zorla geri qaytarıb

2021.10.20, 07:36
M.Musəvi “Biz səni dəstəkləyirik” şuarları ilə qarşılaşsada, polis onu zorla geri qaytarıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda iğtişaş polisi prezident seçkilərində müxalifətin namizədləri olmuş Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarlarının keçirdiyi iki toplantını dağıdıb. Xarici agentliklərin məlumatlarına görə bir neçə min insan hökumətin qadağasına rəğmən Tehranda açıq səma altında yerləşən Böyük Müsəlləh məbədinə toplaşaraq dua ediblər. Şahidlərin dediyinə görə, toplaşanlara dəstək əlaməti olaraq maşın siqnallarını səsləndiriblər. Lakin polis kütləyə hücum edərək, icazəsiz elan edilmiş toplantını dəyənək və gözyaşardan qazın köməyilə dağıda bilib. Bundan əvvəl isə, Beheşte Zəhra adlı qəbiristanlıqda, iyun etirazları zamanı həlak olmuş gənc qadın Neda Ağa Soltanın məzarı yaxınlığında müxalifətçilərin dua etmək cəhdinin qarşısı da polis tərəfindən alınıb. Şahidlərə istinadən qəbiristanlığa yaxınlaşan müxalifət lideri Mir-Hüseyn Musəvini kütlə “Biz səni dəstəkləyirik” şüarları ilə qarşılamışdı. Bəzi məlumatlarda toplaşanları dağıtmaq üçün gücün işlədilməsi ilə yanaşı həbslərin həyata keçirildiyi göstərilir. Bura elə prezidentliyə sabiq namizəd Musəvinin özü də gəlmişdi. Lakin elə o bura gələr-gəlməz,polis onu ərazini tərk etməyə məcbur edib. Xəbər verilir ki, hakimiyyət matəm keçirməyi qadağan etsə də, yüzlərlə adam Tehranın cənubundakı məzarlığa gələrək ölənlərin xatirəsini yad etməkdə qərarlı olduğunu bildirir. Rəsmi məlumatlara görə iyulun 12-də keçirilən prezident seçkilərindən sonra kütləvi etirazlar vaxtı 20-dək adam öldürülüb. Müxalifət tərəfdarları ötən ay keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmırlar. İkinci müddətə seçilən Mahmud Əhmədinejadın inauqurasiyası avqustun 3 təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar