SON XƏBƏRLƏR

növbəti meyit sindromu. biri jurnalist olmaqla iki seçki qurbanı meyit olaraq ailəsinə verilib

2021.10.20, 07:36
növbəti meyit sindromu. biri jurnalist olmaqla iki seçki qurbanı meyit olaraq ailəsinə verilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda seçki qurbanlarının sayı durmadan artır. Bu il iyunun 12-də keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etiraz edənlərdən daha ikisinin meyiti ailələrinə təhvil verilib. onlardan biri - Əlirza İftixari jurnalistdir. “Əbrari-iqtisadi” qəzetinin 29 yaşlı əməkdaşı Ə.İftixari 45 gün əvvəl etiraz aksiyası zamanı çoxlu dəyənək zərbəsi almış, beyninə qan sızmışdı. Ailəsi nə qədər çalışsa da, Ə.İftixarinin harda saxlandığı bildirilmirdi. Meyiti təhvil verilən digər gənc - ayyarım əvvəl Tehranın Azadlıq meydanı yaxınlığındakı aksiyada güllə yarası almış Əmirhüseyn Tufanpurdur. Məlumatlara görə, Ə.Tufanpurun meyiti onun anasına evdə və ya məsciddə matəm mərasimi saxlamayacaqları və bu xəbəri yaymayacaqları haqda iltizam alınandan sonra verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar