SON XƏBƏRLƏR

BMT-nin Baş katibi Çinin uyğurlara qarşı təzyiqlərini pisləyib

2021.10.20, 07:36
BMT-nin Baş katibi Çinin uyğurlara qarşı təzyiqlərini pisləyib

Gunaz.tv
Ban Gi Mun: “Səbəb nə olursa olsun, bütün fikir ayrılıqları zorakılığa getmədən, sülh yolu ilə həll olunmalıdır” BMT-nin Baş katibi Ban Gi Mun Çin və Monqolustan səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirib. Jurnalistlərin Çinin uyğurlara qarşı təzyiqləri barədə suallarına cavab verən Baş katib, itkilər barədə dəqiq məlumatının olmadığını, bu mövzuların araşdırılacağını bildirib. Ban Gi Mun həmçinin Uyğurustanda baş vermiş zorakılıq və ölüm hallarına görə təəssüfləndiyini bildirib: “Səbəb nə olursa olsun, bütün fikir ayrılıqları zorakılığa getmədən sülh yolu ilə həll olunmalıdır. Bu istiqamətdə bütün beynəlxalq prinsipləri dəstəkləyirəm. Bu baxımdan, bütün zorakılıq hallarını və zorakılıq yolu ilə gedənləri pisləyirəm”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar