SON XƏBƏRLƏR

Ermənistan diplomatları ABŞ-da həbs olundular

2021.10.20, 07:36
Ermənistan diplomatları ABŞ-da həbs olundular

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir Ermənistanın Los-Ancelesdəki konsulluğunun üç əməkdaşı mühacirət sənədlərinin saxtalaşdırılması ittihamı ilə həbs olunublar. "Associated Press"dən əldə etdiyimiz xəbərə görə, həbs olunanları beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Məlumata görə, həbs olunanlar Ermənistanın Los-Ancelesdəki sabiq konsulu, konsulluğun əməkdaşı və immiqrasiya məsələləri üzrə hüquqşünası həbs olunub. Onlar haqqında iki il araşdırma aparılıb. Gömrük və immiqrasiya xidmətlərinin nümayəndələri təsdiq edirlər ki, 1999-2009-cu illərdə konsulluqda işləyən Noriar Qalumyan, digər dörd konsulluq əməkdaşı deportasiyada olan mühacirlərə Ermənistan hökuməti adından saxta sənəd təqdim ediblər. Qeyd edək ki, bu Ermənistan diplomatlarıyla bağlı birinci hadisə deyil. Bundan öncə də Ermənistanın Cənubi Amerika və Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları sənədlərin saxtalaşdırılması ittihamı ilə məsuliyyətə cəlb olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar