SON XƏBƏRLƏR

Türkiyə hökuməti Ermənistan prezidentinin bəyanatına cavab verib

2021.10.20, 07:36
Türkiyə hökuməti Ermənistan prezidentinin bəyanatına cavab verib

Gunaz.tv
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində qərarlılığımız davam edir. Amma Ermənistan-Azərbaycan ixtilafına münasibətdə beynəlxalq ictimaiyyətin, xüsusən Ermənistanın da eyni qərarlılığı göstərməsi bizim üçün vacibdir”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada Bosniya-Herseqovinanın xarici işlər naziri Sven Alkalayla keçirdiyi birgə mətbuat konfransında deyib. Bununla da türkiyəli nazir Ankaranın Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədlərin açılmayacağı şərtini bir daha təkrarlamış olub. Ə. Davudoğlu bildirib ki, normallaşma prosesi güclü iradəyə əsaslanmalı və tərəflər bir-biri ilə hər mövzuda açıq, səmimi müzakirə aparmalıdır: “Önümüzdəki dövrdə bölgədə geni miqyaslı normallaşmanın olacağına inanırıq”. Xatırladaq ki, iyulun 28-də Ermənistan prezidenti Serj Sarkisyan yalnız iki ölkə sərhədlərinin açılmasından sonra və ya açılması ərəfəsində Türkiyəyə gedə biləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar