SON XƏBƏRLƏR

İraqın şimalındakı Kürdüstan muxtariyyətındə yeni dönəm başlayır...

2021.10.20, 07:36
İraqın şimalındakı Kürdüstan muxtariyyətındə yeni dönəm başlayır...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İraqın şimalındakı Kürdüstan muxtariyyatında yeni dönəm başlayır. Bölgədə keçrilmiş seçkilərdə hakim Kürd partiyası qələbə qazansa da, müxalifət mövqelərini nəzərəçarpacaq dərəcədə möhkəmlədib. İraqın Kürdüstan muxtariyyatında iyulun 25-də baş tutmuş yerli seçkinin rəsmi nəticəsi elan olunub. Əyalət parlamentinə seçkidə bu dəfə də Kürd partiyası qələbə qazanıb. Məsud Bərzani və Cəlal Tələbaninin rəhbərlik etdiyi partiya ittifaqı səslərin 57 faizini əldə edib. Bu nəticəylə Kürdüstan Demokratik partiyası və Kürdüstan Vətənpərvərlər İttifaqı parlamentdəki üstünlüyünü saxlayıb. Amma seçkidə müxalifət də öz mövqeyini kifayət qədər gücləndirib. «Dəyişilik» İslahatçı Hərəkatı səslərin 23.8 faizini toplayıb. Son illərdə bu partiya bölgədə geniş nüfuz qazanmağa başlayıb. Seçicilər paralel olaraq Kürdüstan prezidentini də seçiblər. Rəsmi nəticəyə görə, bu vəzifənin icra edən Məsud Bərzani yenidən öz kürsüsündə qalıb. O, səslərin 69.6 faizini qazanıb. İlk dəfə olaraq Kürdüstan prezidenti birbaşa seçki yoluyla müəyyənləşib. Məsud Bərzani seçkini rəsmi Bağdadla əyalət arasındakı mübahisəli məsələləri çözmək yolunda ilk addım adlandırıb. Tərəflər arasındakı fikir ayrılığı isə torpaqların, neft gəlirlərinin və elektrik təchizatının bölüşdürülməsi ilə bağlıdır. Əyalətdə sonuncu dəfə parlament seçkisi 2003-cü ildə keçirilib. İraqın tərkibində olan Kürdüstan müxtariyyətinə Daxur, Ərbil və Suleymaniyə əyalətləri daxildir. Öz bayrağı və himn olan Kürdüstan ayrılıqda özünün milli gününü də qeyd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar