SON XƏBƏRLƏR

Rabiyə Kadir: Çində 10 min uyğur itkin düşüb

2021.10.20, 07:36
Rabiyə Kadir: Çində 10 min uyğur itkin düşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rabiyə Kadir ABŞ-ın Çinin Sincan vilayətində baş verənlərə reaksiyasından narazı qalıb Bu yaxınlarda Çinin şimal-qərbində etnik zəmində baş verən toqquşmalar zamanı 10.000 uyğur itkin düşüb. belə bir bəyanatla Yaponiyaya səfəri zamanı Ümumdünya Uyğur Konqressinin lideri Rabiyə Kadir bildirib. Rəsmi məlumatlara görə, uyğurlarla çinlilər arasında baş verən qarşıdurmalar nəticəsində təqribən 200 nəfər həlak olub, daha 1600-dən artıq insan yaralanıb. Kadır ABŞ-ın Sincan-Uyğur muxtar rayonunda baş verənlərlə bağlı kifayət qədər sərt reaksiya göstərməməsindən məyus olduğunu ifadə edib. O həmçinin beyənlxalq ictimaiyyəti bu hadisələrin səbəblərinin araşdırılmasına çağırıb. Xatırladaq ki, Çin hakimiyyəti Rabiyə Kadiri insanları qarışıqlıqlara təhrikdə ittiham edir. O da öz növbəsində bu ittihamları təkzib edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar