SON XƏBƏRLƏR

iyulun 30_da aksiya qurbanlarının qırx mərasimi, Behişti-Zəhra qəbristanlığında anılacaq

2021.10.20, 07:36
iyulun 30_da aksiya qurbanlarının qırx mərasimi, Behişti-Zəhra qəbristanlığında anılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi builki prezident seçkisinin rəsmi nəticələrinə etirazlar zamanı öldürülən adamların qırxında - iyulun 30-da Tehranın Behişti-Zəhra qəbiristanlığında keçiriləcək mərasimə qatılacaqlarını bəyan ediblər. Musəvi ilə Kərrubi iyulun 30-da Tehranın Mosəlla meydanında aksiya da keçirmək istəyirdilər. Amma Daxili İşlər Nazirliyi həmin aksiyaya icazə verməyib. qəbiristanlıqdakı mərasim zamanı dinc aksiyalarda güllə ilə öldürülən, İrandakı yaşıl hərəkatının simvolu kimi məşhurlaşan 26 yaşlı Neda Ağa Sultanın və digər seçki qurbanlarının məzarı ziyarət olunacaq. Mərasimə İranda islahat tərəfdarı olan və bu il iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini tanımayan ruhanilərin, ayrı-ayrı siyasətçilərin də qatılacağı gözlənir. M.Musəvi və M.Kərrubi iyunun 12-də keçirilən seçkidə prezidentliyə namizəd olublar. Seçki nəticələrinə qarşı dinc aksiyalarda hökumət 30 nəfərin öldüyünü bildirsə də, hüquq müdafiəçiləri və digər mənbələr yüzlərlə aksiyaçının bu günə qədər itkin düşdüyünü və son günlər onlardan bir neçəsinin meyitinin tapıldığını nəzərə alaraq öldürülənlərin sayının qat-qat çox olduğunu deyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar