SON XƏBƏRLƏR

Əhmədinejadın məcburi istifasınl gözləmək olar

2021.10.20, 07:36
Əhmədinejadın məcburi istifasınl gözləmək olar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Artıq qatı mühafizəkarlar da ölkə prezidentindən narazılıqlarını bildirirlər Bəlli olduğu kimi, İranın ali lideri Seyidəli Xamneyinin göstərişi ilə 140 müxalifət tərəfdarı həbsdən azad edilib. Ayətollah Əli Xamneyi Kahrizakdakı mərkəzdə «tutulanların hüquqlarının» mühafizə olunmadığını bildirib. Onun bu açıqlamasından sonra həbsxanaya bir qrup millət vəkili də baş çəkərək dustaqlarla amansız davranıldığını bildiriblər. İran Parlamentinin həbsxanalar üzrə komitəsinin sözçüsü Kazım Cəlili bildirib ki, 140 nəfərin azad edilməsindən sonra daha 200 nəfər həbsdə qalacaq. "Bu 200 nəfərin İranda prezident seçkilərindən sonra baş vermiş iğtişaşlarda iştirakı barədə sübutlar var. Onların arasında tanınmış siyasətçilər də var», - deyə Kazım Cəlili qeyd edib. Ölkənin ədliyyə naziri seçkilərdən bu günədək həbsxanada saxlanılan bütün şəxslərin işlərinə yenidən baxılmasını əmr edib. Parlamentdə isə məsələni araşdıracaq komitə yaradılıb. Müxalifət öz növbəsində iddia edir ki, Kahrizak və Evin həbsxanalarında saxlanılan insanlar zorakılığa məruz qalıb və onlardan bir çoxu həbsdə ölüb. Müxalifət demək olar ki, hər gün Tehranın əsas həbsxanası olan Evində ölüm hallarının baş verməsi barədə məlumatlar yayırdı. Ölənlərdən biri müxalifət namizədlərindən olan Möhsün Rzainin yaxın müttəfiqlərindən biri Əbdülhüseyn Ruhalamininin 25 yaşlı oğludur. Rəsmi izahatda onun və başqa bir məhbusun xəstəlikdən öldüyü deyilsə də, atası oğlunun döyülərək öldürüldüyünü iddia edib. «Mən inanıram ki, mənim günahsız oğlumun qanı İrandakı bir sıra siyasi və sosial məsələlərin həll edilməsinə kömək edəcək. Qətlləri törədənlər İran məhkəməsi qarşısında cavab verməlidir. İran böyük bir ailədir. Biz öz problemimizi özümüz həll edə bilərik. Bizim heç bir xarici müdaxiləyə ehtiyacımız yoxdur. Lakin mən ata kimi oğlumun tapdanmış huquqlarını unutmayacam və bu məsələnin sonuna qədər gedəcəm», - deyə Əbdülhüseyn Ruhalaminin söyləyib. İran müxalifətinin lideri Mir Hüseyn Müsəvi isə ölkədəki həbsləri tənqid edib və bildirib ki, xalq bunu heç vaxt bağışlamayacaq. Son məlumatlara görə, seçkilərdən sonra 500-dən artıq adam həbs olunub. Onların arasında gənclər, islahatçı yönümlü siyasətçilər, hüquq müdafiəçiləri və hüquqşünaslar çoxluq təşkil edir. Bu arada ölkə daxilində qatı mühafizəkarların da prezident Mahmud Əhmədinejadı tənqid atəşinə tutması barədə məlumatlar yayılıb. «İnterfaks» agentliyinin Tehrandakı müxbirinin verdiyi məlumata görə, qatı mühafizəkar «Ya Lessarat» qəzeti Mahmud Əhmədinejadın dini liderin sözünü gec eşitdiyinə görə xalqdan üzr istəməli olduğunu yazıb. Qeyd edək ki, İranın mühafizəkarları bundan əvvəl Meşayinin vitse-prezident postuna təyin edilməsinin əleyhinə çıxmışdılar. Belə reaksiyaya səbəb Meşayinin İsraili İranın dostu adlandırması olmuşdu. Mühafizəkarları Əhmədinejaddan narazı salan səbəblərdən biri də Əli Xamneyiyə sadiq olan kəşfiyyat, mədəniyyət və əmək nazirlərini istefaya göndərmək cəhdi olub. Nəticədə Əhmədinejad yalnız kəşfiyyat işləri üzrə naziri istefaya göndərib. Lakin mədəniyyət naziri də vəzifəsində çox qalmaq fikrində olmadığını deyib. Ekspertlərin fikrincə, qatı mühafizəkarların da prezidentdən gileylənməsi artıq İran cəmiyyətinin əksər təbəqələrində Əhmədinejaddan narazılığın olmasından xəbər verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar