SON XƏBƏRLƏR

Qazipur İran Mülki Aviasiyasında türkcəyə qarşı qadağanı qınadı 

2024.10.18, 15:20
Qazipur İran Mülki Aviasiyasında türkcəyə qarşı qadağanı qınadı 

Mən illər əvvəl Çinin paytaxtı Pekindən Urumçuya uçanda təyyarədə sərnişinlərə türk dilində "xoş gəldin" deyildiyinin şahidi oldum.

Gunaz.tv

Bunu bir qrup urmulu ilə görüşündə şəhərin İran parlamentindəki keçmiş nümayəndəsi Nadir Qazipur deyib.

O, İran Mülki Aviasiyasında mehmandarların qonaqları türk dilində salamlamasına qoyduğu qadağanı qınayıb və "necə olur Çində türk dilində danışmaq olar İranda yox",- deyə təəccübünü bildirib.

"Bu konstitusiyada da əks olunub və buna qarşı çıxanlar həm knstitusiya və həm də ölkə rəhbərinin tapışırıqlarına qarşı çıxırlar. Göstəriş verilməlidir ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, ərdəbil və Zəncan əyalətlərinə uçan təyyarələrdə qonaqlar Azərbaycan türkcəsində qaşılansın",- Qazipur təklif edib.

Keçmiş millət vəkili İran-İraq müharibəsində azərbaycanlıların xüsusi iştirak və roluna da diqqət çəkib:

"Necə olur müharibə dövründə bütün telsizlərdə əlaqə və hərbi göstərişlər türk dilində verilirdi, indi sakit vaxtda bu dildə danışmağa qadağa qoyulur!".

Qeyd edək ki, bir neçə gün əvvəl “Ata” aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

Bundan sonra qonaqları türk dilində salamlayan mehmandar işdən qovulub, İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar