SON XƏBƏRLƏR

“Bəsic”in 3 mərtəbədən atdığı gənc və daha iki nəfərin ölüm xəbəri duyuldu

2021.10.20, 07:36
“Bəsic”in 3 mərtəbədən atdığı gənc və daha iki nəfərin ölüm xəbəri duyuldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyalarında qətlə yetirilənlərlə bağlı yeni məlumat var. 42 gün əvvəl İsfahanda keçirilən dinc aksiyada “Bəsic” könüllülərinin əlinə keçən 32 yaşlı Hüseyn Əxtərzənd və adı bəlli olmayan digər aksiyaçını 3 mərtəbəli binanın damından yerə atıb öldürüblər. Yerli sakinlər Hüseyni xəstəxanaya aparsa da, aksiyaçı ağır bədən xəsarətindən keçinib. Digər aksiyaçının meyiti bilinməz istiqamətə aparılıb. 42 gün əvvəl Tehranda keçirilən aksiyada ürəyindən güllə yarası aldıqdan sonra bilinməz istiqamətə aparılan 25 yaşlı Davud Sədrinin meyitinin son günlər ailəsinə təhvil verildiyi də bildirilir. Davudun ailəsi uzun müddət hansı hökumət qurumuna müraciət etsə də, onun harada saxlandığından xəbər tuta bilməmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar