SON XƏBƏRLƏR

Iraq ordusu Iran xalq mücahidlərinin bazasına hücüm edib

2021.10.20, 07:36
Iraq ordusu Iran xalq mücahidlərinin bazasına hücüm edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, İran xalq mücahidlər örgütünün açıqlamasına görə İraq polis və ordu qüvvələrinin biləşməsi ƏŞRƏF bazasına hücüm ediblər. nəticədə bu bazada olan 300 nəfər yaralanıb. Əşrəf bazası Bəğdadın 130 kilometrliyində yerləşir. 3500 xalq mücahidlərinin üzvü orda sakindirlər. Bu qrup 2003ci ildə Amerika Qüvvələri tərəfindən silahsızlaşdırılıb. Fransa xəbər agentliyinin verdiyi məlumata görə sözü gedən hücümun nəticəsində ən azı 200 nəfər yaralanıb. Bunlardan 60ı İraq qüvvələrinə aiddir. Xalq mücahidlər örgütü yaralananların sayısını 300 nəfər göstərib. İraq təhlükəsizlik qüvvələrinin yaydığı məlumata görə isə, dövlət qüvvələrinə aid yaralıların 20in vəziyəti ağırdır. Qeyd etmək lazımdır ki Əşrəf bazasının 50 üzvüdə yaxalanıblar. 3 ay öncə adı gedən bazanın qorunma məsuliyəti Amerika Qüvvələrindən İraq Qüvvələrinə təhvil verilib. İraq dövləti isə İranla münasibətlərini gəliştirmək naminə dəfələrlə Xalq Mücahidlərindən İraqı tərk etmələrini tələb edib. Xalq Mücahidlərinə yaxun mənbələr dəfələrlə İraq silahli qüvvələrinin, mücahidlərlə gobud və zorakı rəftarlarını bəyan ediblər.GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar