SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏ ZİNDANDA ÖLDÜ

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏ ZİNDANDA ÖLDÜ

Gunaz.tv
İran müxalifəti şəhidlərin yas törənini keçirməyə hazırlaşır dünən Tehranda ölkə müxalifətinin Teleradio Yayım Mərkəzinə doğru yürüşü keçirilib. İran paytaxtından gələn məlumata görə, qətlə yetirilən Möhsün Ruhuləminin xatirəsinin anılması məqsədilə təşkil olunan aksiyaya Tehranın müxtəlif yerlərindən iştirakçılar qatılıb. Qeyd olunur ki, yas törəni elə yayım mərkəzinin yanında yerləşən Bilal məscidində keçirilməli imiş. Xüsusi qvardiya və əmniyyət qüvvələri yayım mərkəzini mühasirəyə olaraq nəzarətdə saxlayıb və bir çox bölgələrdə rejim məmurları tərəfindən insanlara qarşı zorakılıq qeydə alınıb. Həbs olunanlar barədə xəbərlər var. Bu arada Güney Azərbaycanda tələbə hərəkatı növbəti itkisini verib. Qəzvin Azad Universitetinin tələbəsi Əmir Cəvadifər həbsxanada ölüb. Ağrı Qaradağlının verdiyi məlumata görə, Ə.Cəvadifər iyulun 10-da tutulmuşdu. Tutulan zaman əlləri və burnu sındırılan tələbə xəstəxanada əmniyyət qüvvələrinin nəzarəti altında müalicə olunduqdan sonra həbsxanaya aparılıbmış. Əmirin ailəsinə dünən səhər saat 9-da zəng edərək bildiriblər ki, “oğlunuz ölüb, gəlin cəsədini aparın”. Bu arada İran milli təhlükəsizlik naziri Möhseniye Eceyi vəzifəsindən uzaqlaşdırılıb. iyulun 21-də keçirilən iclasda Möhsini Eceyi ilə Əhmədinejadın arasında mübahisə olub və bu, prezidenti qəzəbləndirib. Başqa bir xəbərə görə, səhiyyə naziri Kamran Baqeri Lənkərani və sosial müdafiə naziri Mohəmməd Cəhromi də dünən Əhmədinejadın sərəncami ilə öz vəzifələrindən uzaqlaşdırılıb. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi daxili işlər nazirinə məktub göndərərək həlak olanlar üçün yas törəni keçirilməsinə icazə istəyiblər. Yas törəninin cümə axşamı saat 18-də Tehran müsəllasında keçiriləcəyi bildirilib. Məktubda qeyd olunub ki, heç bir danışıq olmayacaq və sadəcə, Quran oxunacaq, həmçinin iştirakçılardan sükutu pozmamaqları istənilək. Mehdi Kərrubi İran rejimini kəskin tənqid atəşinə tutub. O, ölkənin xüsusi xidmətini ittiham edərək deyib ki, İran Dövlət Təhlükəsizlik Xidməti özünü işğal olunmuş Fələstindəki sionistlər kimi aparır. ETTELAAT rəhbərinə ünvanlanmiş məktubda deyilir ki, xüsusi xidmət orqanlarının əməkdaşları seçkilərin nəticələrinə etiraz edənlərə qarşı şiddətlə zor tətbiq edib. Andiçmə mərasiminə hazırlaşan İran prezidenti isə komandasını yeniləməkdədir. İki aparıcı nazir kabineti tərk etdikdən sonra Əhmədinejad əvvəlcə kəşfiyyat nazirini vəzifədən azad edib, sonra isə mədəniyyət və islam məsələləri üzrə nazir öz istefasını təqdim edib. Bütün bunlar isə Əhmədinejadın ikinci prezidentlik müddətində andiçmə mərasiminə cəmi 10 gün qalmış baş verir. Belə görünür ki, mübahisəli prezident seçkilərindən sonra cənab Əhmədinejadın tərəfdarları arasında ciddi parçalanma müşahidə olunmaqdadır. Güman olunur ki, yaranmış vəziyyət mübahisəli vise-prezident İsfandiyar Rahim Məşayeyə görə baş verib. Ötən cümə günü prezident, ali ruhani lider ayətullah Xamneyinin göstərişindən sonra onu nəhayət, vəzifədən uzaqlaşdırmağa məcbur olub. Mədəniyyət naziri həmin məsələnin hökuməti zəiflətdiyini deyib. Parlamentin iki üzvü cənab Əhmədinejadı bu addıma görə kəskin tənqid edib. Onlardan birinin təbirincə, prezidentin bu cür davranışı ölkənin idarə etməsini olduqca çətinləşdirir. Lakin Əhmədinejad həmişə olduğu kimi, güzəştə getmədi - əksinə, mübahisəli sabiq vitse-prezident Məşayeni prezident administrasiaysının rəhbəri və yaxın müşaviri təyin edib.musavat.Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar