SON XƏBƏRLƏR

İran seçki qurbanları gündən günə artmaqdadır. daha 3 gəncın meyiti tapılıb

2021.10.20, 07:36
İran seçki qurbanları gündən günə artmaqdadır. daha 3 gəncın meyiti tapılıb

Gunaz.tv
Əmir Cavadifər GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan yerdə sonuncu prezident seçkisinin rəsmi nəticələri əleyhinə keçirilən aksiyaların daha üç iştirakçısının meyiti tapılıb. Onların hər üçü gəncdir. 27 yaşlı Səid Abbasi 38 gün əvvəl aksiyada atasının gözləri qarşısında başından güllə yarası almış, bundan sonra bilinməz istiqamətə aparılmışdı. Başından dəyənək zərbəsi alan Əmir Cavadifər və Hüseyn Əkbəri xəstəxanada keçiniblər. Cavadifər və Əkbərinin ailəsi onların harda saxlandığını bilmirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar