SON XƏBƏRLƏR

İran adlanan yer 140 nəfər müxalifətçini azadlığa buraxmalı oldu

2021.10.20, 07:36
İran adlanan yer 140 nəfər müxalifətçini azadlığa buraxmalı oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda prezident seçkisindən sonra keçrilən nümaiş zamanı həbs olunan şəxslərdən 140- nəfəri azad olunub. Hazırda həbsdə saxlanılan şəxslərin hamısının buraxılması üçün prezident Mahmud Əhmədinecat İranın dini liderinə müraciət edib. İğtişaşlarda həbs olunmuş şəxslərin azad olunması barədə qərar İran parlamentinin xüsusi komissiyası tərəfindən qəbul olunub. Komissiya şübhəli şəxslərin işinin diqqətlə araşdırıldığını və 140 nəfərin etiraz aksiyalarında kiçik qanun pozuntuları törətdikləri üçün azad olunduğunu bəyan edib. İyunun 12-də İranda keçrilən prezident seçkisində sonra ölkədə kütləvi etiraz aksiyalar zamanı polis iki minə qədər müxalifətçini həbs etib. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, həbs olunanlar çox saylı zorakılıqlara məruz qalıb. Bu faktı rəsmi Tehran da təsdiqləyib. Hətta İranın ali dini liderinin göstərişiylə Kaxrizak həbsxanası bağlanılıb. Qeyd edək ki, bu dustaqxanada müxalifət liderlərindən birinin oğlu ölüb. O, seçki iğtişaşları zamanı həbs olunmuşdu. Bu arada, İraqda sığınacaq tapmış İranlı müxalifətçilərlə yerli təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Gərginlik zamanı 100-dən çox adam xəsarət alıb. İraqdakı Əşrəf qaçqın düşərgəsində də qarşıdurma baş verib. İraq təhlükəsizlik qüvvələri düşərgədə yerləşən İranın xalq mücahidləri təşkilatının üzvələrini buradan çıxartmağa çalışıb. Ötən ildən bəri İraq höküməti bu təşkilatın nümayəndələrinin İraqı tərk etməsini tələb edir. Buradakı 3 minə qədər İranlı vətənlərinə qayıtmaq istəyir. Laikn Səddam Hüseynin dövründə İrana qarşı döyüşən xalq mücahidlərini rəsmi Tehran qəbul etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar