SON XƏBƏRLƏR

İSRAİL İRANI VURMAQ NİYYƏTİNİ AÇIQ BƏYAN ETDİ

2021.10.20, 07:36
İSRAİL İRANI VURMAQ NİYYƏTİNİ AÇIQ BƏYAN ETDİ

Gunaz.tv
Müdafiə naziri Ehud Barak: “Biz belə planımız olduğunu gizlətmirik” ABŞ müdafiə naziri Robert Geyts İsrailə səfəri zamanı yəhudi dövlətini İrana qarşı hərbi əməliyyatlar planından çəkindirə bilməyib. Geytslə danışıqlar zamanı İsrail müdafiə naziri Ehud Barak bəyan edib ki, onun ölkəsi İrana qarşı hərbi əməliyyatları istisna etmir və bunu variantlardan biri hesab edir: “Biz İranın nüvə fəaliyyətinin qarşısını hərbi yolla almaq planımızın olduğunu gizlətmirik. Variantlardan heç birini istisna etmək olmaz, başqalarına da bu cür yanaşma məsləhət görürük”, - deyə Barak bildirib. Müdafiə naziri deyib ki, İranın nüvə təhlükəsinə qarşı İsrail özünü müstəqil şəkildə müdafiə etməyi üstün tutur. Barak İsrailə dəstəyə görə, ABŞ-a təşəkkür edib və deyib: “Biz kor deyilik, başa düşürük ki, hər hansı hərəkətlərimizin qonşular üçün hansı təsirləri ola bilər. İsrail azad dünyanın lideri kimi ABŞ-ın azad dövlətlərin tərəfində dayanmasından məmnundur”. Pentaqon rəhbəri isə bildirib ki, Birləşmiş Ştatlar administrasiyasının İrana dair mövqeyi dəyişməz qalır. Bu mövqeyə görə İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz, eyni zamanda Vaşinqton məsələnin ilk növbədə diplomatik yollarla həll edilməsinə çalışır. Robert Geytsin bildirdiyinə görə, Barak Obama administrasiyası nüvə məsələsinə dair İrana təkliflər verib. Lakin bu təkliflərə cavab vermək üçün Tehranın vaxtı məhduddur: “Biz ən çoxu 2 ay, BMT Baş Assambleyasının növbəti sessiyasının başlamasına qədər gözləyə bilərik. Həmin sessiya zamanı prezident Obama İrandan hansısa cavab almağa ümid edir”. Geytsin sözlərinə görə, İran bu təkliflərə müsbət cavab verməsə, yeni beynəlxalq sanksiyalarla üzləşə bilər. İsrailə bazar günü gələn Pentaqon rəhbərinin bu gün axşam baş nazir Benyamin Netanyahu ilə görüşü gözlənilir. Robert Geyts son günlər İsrailə səfər edən və ya səfər etməsi planlaşdırılan yüksək səlahiyyətli rəsmilərdən biridir. Bundan əvvəl Amerika Hərbi Hava Qüvvələrinin komandanı İsraildə olub. Geytsin ardınca isə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons və Yaxın Şərq üzrə xüsusi müşavir Dennis Ros İsrailə səfər edəcəklər. Prezident Obamanın bir-birinin ardınca yüksək səlahiyyətli rəsmiləri İsrailə göndərməsində məqsəd bu ölkəni İrana qarşı hərbi əməliyyatlara başlamaqdan çəkindirməkdir. Onların vasitəsilə Obama İsrailə mesaj göndərir ki, İrana qarşı hərbi əməliyyatlar hərbi, iqtisadi və siyasi baxımdan hansı təhlükəli nəticələr doğura bilər. Bu arada İsrail kəşfiytatına bağlı “Debka” saytı xəbər verib ki, ABŞ İrana qarşı yaxın həftələrdə İsrailin əliylə hərbi təzyiqləri gücləndirməyə hazırlaşır. Mənbə bu istiqamətdə konkret tədbirlərin Robert Geytsin İsrailə səfəri zamanı müzakirə ediləcəyini xəbər verib. Belə müzakirələr Obamanın milli təhlükəsizlik müşavirinin səfəri zamanı da müzakirə olunacaq. Israil mənbələri bildiriblər ki, bu ölkənin hərbi gəmilərinin Süveyş kanalını keçməsi ABŞ-la koordinasiya olunmuş addımdır və İrana mesaj xarakteri daşıyır. Barak Obama və onun administrasiyası bir tərəfdən İsrailin İrana qarşı qəfil zərbələrini önləməyə çalışır, ancaq eyni zamanda ona nail olmaq istəyir ki, İran özünü hərbi təzyiq altında hiss etsin. Paralel olaraq ABŞ İsrailin İranın bölgədəki əsas müttəfiqi olan Suriya ilə sülh bağlamasına çalışır. Robert Geytsdən cəmi bir neçə saat əvvəl Obamanın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçell İsraildə danışıqlar aparıb. Mitçell İsrailə Suriya prezidenti Bəşər Əsədlə danışıqlardan sonra gəlib.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar