SON XƏBƏRLƏR

Borçalıda möhtəşəm Elat Günü keçirildi

2021.10.20, 07:36
Borçalıda möhtəşəm Elat Günü keçirildi

Gunaz.tv
İyul ayının 26-da “Borçalı” İçtimai Cəmiyyətinin təşəbbüsü ilə Borçalıda “Borçalı Türklərinin Elat Mədəniyyəti” bədii-musiqili-içtimai tədbiri keçirildi. Ümumiyyətlə tədbirə uzun müddətdir ki, hazırlıq gedirdi və nəhayət hamının gözlədiyi tədbirin vaxtı gəlib çatdı. İlk öncə onu deyək ki,tədbirin keçirilməsi ilə bağlı Kvemo-Kartli bölgəsinin qubernatorunun rəsmi razılığı var idi. Tədbirə Gürcüstan dövləti tərəfindən güclü diqqət var idi və gürcü polisləri təhlükəsizliyini təmin etmək üçün tədbir boyu keşik çəkdilər. Tədbirdə Azərbaycanın,Gürcüstanın siyasi-içtimai,media,mədəniyyət işciləri fəal iştirak edirdilər. İlk öncə,Qafqaz Müsəlmanlar İdarəsinin Tiflis üzrə nümayəndəliyinin əməkdaşı imam Yasın çıxış edərək belə bir tədbirlərin millətimizin əmin amanlığının yaranması üçün böyük iş olduğunu,tədbirin başlanması üçün öz xeyr duasını verdi. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmələri Akademiyasının, Folklor institutunun elmi işcisi Elxan Məmmədli açdı. Elxan bəy Gürcüstanda yaşayan azərbaycan türklərinin qədim adət ənənələrə malik olduğunu və uzun əsrlərdir ki,bu ənənələrin öz varlığını saxladığını gələcək,nəsillərə ötürldüyü bildirən natiq,Borçalı türklərinin Elat gününü ilk dəfə olaraq keçirilməsinin böyük bir iş olduğunu və Borçalı İçtimai Cəmiyyətinin bu işini alqışladığını,minlərlə insanın bura gəlməsinin ən böyük mənəvi-ideya dəstəyi olduğunu bildirdi. Elxan bəy tədbir iştirakçılarına çatdırdı ki,Azərbaycanın xalq şairi Zəlimxan Yaqub,xalq yazıcısı Mövlüd Süleymanlı telefonla zəng edərək tədbiri dəstəklədiklərini və uğurlar azruladıqlarını bildiriblər. Sonra söz tədbirin təşkilatcısı “Borçalı” İçtimai Cəmiyyətinin başqanı Zəlimxan Məmmədliyi verildi. Zəlimxan bəy belə bir tədbirin keçirilməsinin Azərbaycan-Gürcüstan xalqları arasında mənəvi-siyasi və dostluq,qardaşlıq prinsiplərinə söykənən birliyinin stimullaşdıracaqdır. Zəlimxan bəy Cənubi Qafqazda sabitliyin yaranması və düşmənlərimizin geniş ayaq açmaması üçün,iki xalq arasında güclü birliyin yaranmasında mühum rol oynayacağını bildirdi. Məhz,”Borçalı türklərinin elat mədəniyyəti” adlı tədbirin reallaşması düşmənlərimiz üzərində qələbəmizin bir hissəsi olduğunu qeyd edən Zəlimxan bəy tədbirdə insanların kütləvi iştirakı bir daha onu göstirir ki,borçalı insanı gürcüstanın vahidliyini və bütövlüyün müdafiə etdiklərinin əyanı sübutudur. Zaman gələcək,azərbaycan türkləri gürcüstanın içtimasi-siyasi və mədəni-sosial həyatına inteqrasiya edəcəklərini bildiridi. Zəlimxan bəy onu qeyd etdi ki,belə bir tədbir ilk dəfə olaraq keçirilir. Kvemo Kartlı qeburnatorunun müavini Hüseyn Yusifov “Borçalı” İçtimai Cəmiyyətinə belə bir tədbir təşkil etdikləri üçün öz təşəkkürünü bildirdi ki,son illər Azərbaycan Gürcüstan arasında güclü əlaqələrin qurulduğunu və heç bir qüvvə bu əlaqələrə xəlil gətirə bilməz fikirlərini söylədi. Azərbaycan və Gürcüstanın tanınmış ziyalası Bakı Dövlət Universitetinin,professoru Camal Mustafayev (Dədə Camal) təbdirdə iştirak etdiyi üçün özünü xöşbəxt insan saydığını və xalqlarımız arasında hər zaman birliyin olmasının və bu gün ki,tədbirdə bu əlaqələrin güclənməsinə səbəb olacağını qeyd etdi. Azərbaycan Parlamentinin üzvü,professor Nəsib Nəsibli Borçalı türklərinin güclü mədəniyyəti malik olduğunu,ancaq ən əsası gürcüstan cəmiyyətinə inteqrasiyanın vacibliyi arzuladı. “Borçalı” İçtimai Cəmiyyəti bu prosesi uğurla davam etdirəcəyini inandığını və bu işə kömək etməyin vacibliyini söylədi. Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov Tədbirlə bağlı sevinc hisslərini iştirakçılara çatdıraraq və belə tədbirin keçirilməsi Azərbaycan-Gürcüstan arasında qırılmaz telləri daha möhkəmləndirəcəkdir. ”Mozalan” qezətinin sabiq baş redaktoru,Eyvaz Borçalı belə bir tədbirlərin davamlı və ənənəyə çevrilməsinin arzuladı. Dminasinın İçra Başıcıs Bakur Mqeladze Azərbaycan-Gürcü xalqları arasında dostluğun əsrlərə söykəndiyini,hal hazırda iki xalq arasında gözəl münasibətlərin hökm sürdüyünü bildirdi. Gürcüstan höküməti bundan cox məmnunluğunu qeyd etdi. Tədbir eyni zamanda bədii hissə ilə davam edirdi. Azərbaycan Akademik və Opera Baletin solisti,Alim Qasımovun tələbəsi,xanəndə Mütəllim Dəmir “Rast” muğamı ilə tədbir iştirakçılarını feyziyab etdi. Xalq ulduzu yarışmasının iştirakcısı Ariz Borcalı,Aşıq Ramin,Aşıq Aida Gülzar,Dmanisi Mədəniyyət Mərkəzinin gürcü xalq mahnilarının rəqs ansamblı, Azərbaycan Beynelxalq Universitetinin Xalq Rəqs Ansamblı,Azərbaycanın və Gürcüstanın tanınmış mədəniyyət işciləri tədbirdə iştirak edirdilər. Tədbirin digər özəlliyidə onda idi ki,oğlan və qızlarımız at belində əsl elatçılğ ənənəsini nümayiş elətdirirlər. Onunla yanaşı İdmançılarımız öz güclərini nümayiş elətdirirdilər. Sonda “Borçalı” İçtimai Cəmiyyətinin təsis etdiyi Azərbaycan-Gürcüstan arasında göstərdikləri xidmətlərə görə millət vəkili Nəsib Nəsibli,Gürcüstan parlamentinin üzvü Azər Süleymanov,Dədə Camal, Bakur Mqeladze,və digər insanlar cəmiyyətin fəxri ödülü ilə təltif edildilər. Tədbir saat 17 tamamda başa çatdı. Təbdirdə 3 (üç) mindən cox insan iştirak edirdi.Elnur Eltürk Bakı-Borçalı-Bakı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar