SON XƏBƏRLƏR

Əhmədinejad hökumətində çatlar yaranıb

2021.10.20, 07:36
Əhmədinejad hökumətində çatlar yaranıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, İranda iki aparıcı nazir hökumətdən çıxdıqdan sonra prezident Mahmud Əhmədinejad iqtidarında parçalanmanın olduğu barədə məlumatların sayı artıb. Yayılan informasiyaya görə, əvvəlcə prezident kəşfiyyat naziri Möhsen Ejei vəzifəsindən azad edib, sonra isə mədəniyyət və islam məsələləri üzrə nazir Muhamməd Hüseyn Səfər Hərəndi öz istefa ərizəsini təqdim edib. Bundan əlavə, səhiyyə naziri Kamran Lənkəraninin və əmək naziri Seyid Məhəmməd Cahrominin də istefaya göndəriləcəyi xəbəri yayılıb. Nazirlərin dəyişməsi haqqında qərar hakimiyyətin səlahiyyətlərinin bitməsinə 8 gün qalmış verilib. Bir neçə gün bundan əvvəl isə İranın atom enerjisi üzrə təşkilatının sədri Qolami Rza Ağazadənin istefaya getdiyi bildirilib. İranın 'Mehr' agentliyinin yaydığı məlumata görə, Mahmud Əhmədinejad yaxın qohumu İsfəndiyar Rəhim Məşaini vəzifəyə təyin etdiyi zaman bu iki nazirlə mübahisə edib. Xatırladaq ki, Əhmədinejad bundan əvvəl İranın ali dini lideri Əli Xamneyinin tələbi ilə qohumu İsfəndiyar Məşaini yeni təyin etdiyi vəzifədən azad edib. Qərb mətbuatı prezidentin andiçmə mərasiminə 10 gün qalmış nazirlərin özlərinin istefaya getdiyini yazır və baş verənləri Əhmədinejadın tərəfdarları arasında dərin parçalanma ilə əlaqələndirir. Bu arada ölkənin mədəniyyət naziri deyib ki, ali dini liderin göstərişindən sonra Esfandiyar Rahim Məşayinin vəzifədən uzaqlaşdırması hökuməti zəiflədib. Parlamentin üzvlərinin əksəriyyəti də prezidenti bu addıma görə kəskin tənqid edib. Onların fikirincə, prezidentin bu cür davranışı ölkənin idarə edilməsini olduqca çətinləşdirir. Lakin Əhmədinejad həmişə olduğu kimi güzəştə getməyib - əksinə o sabiq vitse-prezident Məşayeni prezident administrasiyasının rəhbəri təyin edib. Qeyd edək ki, prezident Əhmədinejad avqustun 5-də keçiriləcək inauqurasiya mərasimindən sonra iki həftə müddətində Nazirlər Kabinetini formalaşdırmalı və onu parlamentin müzakirəsinə təqdim etməlidir. Parlament isə avqustun 27-də öz yekun rəyini açıqlamalıdır. Qeyd edək ki, hakimiyyət daxilində parçalanma tendensiyasının yarandığı bir vaxtda ölkə daxilində gərginlik davam edir. İran polisi Tehranın Vəliərs küçəsində yerləşən məsciddə prezident seçkilərindən sonra baş vermiş qarşıdurmalarda həlak olan gənclərin qırx mərasiminin keçirilməsinin qarşısını alıb. Mərasimin keçirilməsinə əvvəlcədən icazə verilsə də, sonradan hökumət öz qərarını dəyişib. Buna etiraz olaraq küçədə yığışan bütün avtomobillər dayanmadan siqnal veriblər. Polis və Bəsic üzvləri məscidə gedən yolu bağlamağa cəhd göstərib. Qeyd edək ki, nümayişlərdə həlak olanlardan biri Mühafizəkarlar partiyasından prezidentliyə namizəd olmuş Möhsün Rezainin oğlu olub. Rəsmilər onun atasına ötən cümə yas mərasimi keçirməyə icazə vermişdilər. İran müxalifətinin lideri Mir Hüseyn Musəvi və islahatçı namizəd olmuş Mehdi Kərrubi isə İran Daxili işlər nazirliyinə müraciət edərək iğtişaşlarda öldürülənlərə 40 mərasimini keçirmək üçün Tehranın Mosalla məscidində yığılmalarına icazə verilməsini istəyiblər. Xatırılıdaq ki, İran hökuməti etiraz aksiyalarında ölənlərin ailələrinə onlar üçün yas mərasimlərinin keçirilməsinə icazə vermir. Mir Hüseyn Musəvinin müavini Adil Qəhvəçiyan deyib ki, avqustun 30-a planlaşdırılan mərasimə İran müxalifətinin bütünlüklə qatılacağı gözlənilir. Xatıraladq ki, İran təhlükəsizlik qüvvələri iğtişaşların yatırılması zamanı 20 insanın öldüyünü açıqlasa da, müxalifət ölənlərin sayının daha da çox olduğunu iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar