SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ: hakimiyyət strukturunda yalan və riyakarlıq baş alıb getdir

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ: hakimiyyət strukturunda yalan və riyakarlıq baş alıb getdir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri, builki prezident seçkisində əsas namizədlərdən olmuş Mirhüseyn Musəvi iyulun 27-də bir qrup müəllimin qarşısında çıxış edərək seçkidən sonrakı ağır vəziyyətdən, seçki nəticələrinə dinc etiraz bildirən vətəndaşlara qarşı repressiyalardan danışıb. M.Musəvi deyib: “Bizi qanunu pozmaqda günahlandırırlar. Halbuki qanunu və konstitusiyanı pozanlar özləridir. Mən vətəndaşlara qarşı törədilən yüzlərlə cinayət və qətldən, odlu silahdan açılan atəşdən danışmıram. Dinc aksiyalarda, zindanlarda öldürülən Söhrab Ərabinin və ya Neda Ağa Sultanın adını çəkmək kifayətdir ki, bilinsin konstitusiyanı kimlər pozub”. M.Musəvi hakimiyyət strukturunda yalan və riyakarlığın baş alıb getdiyini vurğulayıb: “Biz belə - hərbi qüvvələri gecələr tələbə yataqxanalarına, camaatın evinə basqın edən, avtomobilləri əzib dağıdan, sonra da bunu boynundan atan bir sistemi arzulamamışıq. Mən soruşuram: bu cinayətləri törədənlər kimlərdir? Olmaya cinayətkarlar Marsdan gəliblər? Kim buna inanar? Bunun adını yalandan başqa nə qoymaq olar? Bir şeyi artıq nəzərə almaq lazımdır - İranı 70 milyon məhbusu olan bir zindana çevirmək mümkün deyil”. Keçmiş baş nazir bu kimi repressiyaların inqilabdan əvvəl də olduğunu xatırladıb: “Xalq inqilabdan əvvəl, şah hakimiyyəti dövründə cinayətkarları unutmadı və onların haqqını ovuclarına qoydu. Bu gün də xalq cinayətkarların onlara qarşı törətdiklərini unutmayacaq, güzəştə getməyəcək. Necə olur ki, inqilaba və islama meyilli olan, ancaq mövcud vəziyyətə dinc etiraz bildirən sapsağlam adamı tutub zindana salır, sonra da onun meyitini ailəsinə verirlər. İslam ədaləti dediyimiz bu idi?” Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. 2009-cu il iyunun 12-də keçirilən prezident seçkisinin rəsmi nəticələrində M.Musəvinin ikinci yeri tutduğu bildirilsə də, o özü və tərəfdarları bu nəticələrin saxta olduğunu vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar