SON XƏBƏRLƏR

İran adlanan yerə sentyabradək vaxt verildi

2021.10.20, 07:36
İran adlanan yerə sentyabradək vaxt verildi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Birləşmiş Ştatlar və İsrail İrana qarşı sərt mesajlar səsləndirməkdə davam edir. Rəsmi Vaşinqton nüvə danışıqlarının başlanması barədə Tehrana sentyabradək vaxt verib. Əks təqdirdə İranı əlavə sanksiya gözləyir. Belə bəyanatla Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts Yaxın Şərq səfəri çərçivəsində çıxış edib. Əmmanda İordaniya kralı Abdullayla danışıqlar aparan Pentaqon rəhbəri əsasən ərəb dünyası ilə İsrailin münasibətlərini və İranın nüvə problemini müzakirə edib. Bildirib ki, Vaşinqton Ərəb-İsrail gərginliyinin başa çatmasını və əməkdaşlığın qurulmasını istəyir. İranın nüvə probleminin həlli də Birləşmiş Ştatlar üçün mühüm əhəmiyyət kəsb edir. Prezident Barak Obamanın nüvə danışıqlarının bərpası təklifinin müddətsiz olmadığını vurğulayan Robert Qeyts İranın cavab üçün sentyabradək vaxtı olduğunu bildirib. Vaşinqton məsələnin BMT Baş Məclisinin sentyabrın sonunda işə başlayacaq sessiyasınadək həll olacağına ümid edir. İranı milli təhlükəsizliyinə hədə hesab edən İsrail isə Tehrana qarşı daha sərt addımların atılmasını istəyir. Peruda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman nüvə probleminin çözülməsinin ən yaxşı yolunun daha sərt sanksiyaların tətbiqindən ibarət olduğunu bəyan edib. Rəsmi Təl-Əviv İranın nüvə proqramına son qoymaq üçün hərbi gücdən istifadə edilməsini də mümkün sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar