SON XƏBƏRLƏR

ŞİRİN İBADİ TƏKRAR PREZİDENT SEÇKİSİ TƏLƏB EDİR

2021.10.20, 07:36
ŞİRİN İBADİ TƏKRAR PREZİDENT SEÇKİSİ TƏLƏB EDİR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Nobel sülh mükafatı laureatı Şirin İbadi iyulun 26-da Hollandiya paytaxtı Amsterdamda 2 mindən çox iştirakçının qatıldığı beynəlxalq həmrəylik mərasimində çıxış edib. Ş.İbadi mərasimdən sonra jurnalistlərə açıqlamasında İranda acınacaqlı vəziyyətlə yaxından tanış olmaq üçün BMT baş katibi Pan Gi Munun şəxsən Tehrana səfər etməsini istəyib. İran xalqı ilə həmrəylik mərasimləri dünyanın 50-dən çox ölkəsinin 120 şəhərində eyni vaxtda keçirilib. Ş.İbadi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında İranda vətəndaşlara qarşı repressiyalara son qoyulması üçün bir neçə şərtə riayət edilməsini vacib saydığını vurğulayıb: “Hökumətin vətəndaşlara qarşı zorakılığı dərhal dayandırılmalı, seçki nəticələrinə dinc etirazlarda həbs edilənlər dərhal azadlığa buraxılmalı, mətbuata hökumət senzurası ləğv olunmalı, hökumət qüvvələrinin zorakılığına məruz qalanlara kompensasiya ödənilməli və BMT nəzarəti altında yeni prezident seçkisi keçirilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar