SON XƏBƏRLƏR

Azərbaycan Xəzərdəki maraqlarını müdafiə edəcəyini deyir

2021.10.20, 07:36
Azərbaycan Xəzərdəki maraqlarını müdafiə edəcəyini deyir

Gunaz.tv
GÜN.AZ mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkmənistan Xəzərdəki yataqların mənsubiyyətini beynəlxalq məhkəmədə müəyyən etmək niyyətini bildirəndən sonra Azərbaycan dənizdəki maraqlarını müdafiə edəcəyini bildirib. Türkmənistan bildirib ki, Azərbaycan aidiyyatı müəyyən edilməmiş neft-qaz yataqlarını birtərəfli qaydada istismar edir. Şərhçilər isə deyir ki, Bakı ilə Aşxabat arasında son mübahisə iki dövlət arasında son vaxtlar yaxşılaşmış əlaqələri yenidən xeyli soyudub. Ötən il Türkmənistan prezidenti Bakıya səfəri zamanı ikitərəfli münasibətlərin inkişafından danışanda o zaman az adam ehtimal edə bilərdi ki, bir müddətdən sonra Berdıməhəmmədov Azərbaycanı məhkəmə ilə hədələyəcək. 90-cı illərdə olduğu kimi elə indiki ixtilafın da mənbəyi Xəzərdəki zəngin təbii ehtiyatlardır. 3 il əvvəl Türkmənistanda hakimiyyət başına yeni şəxs gələndən bir qədər sonra ikitərəfli əlaqələrdə mülayimləşmə başladı. Ümid olunurdu ki, bu tendensiya ən qəliz məqam olan yataqlar məsələsini də "ölü nöqtə"dən tərpədəcək. Amma indi görünür bu, baş vermədi. Halbuki, cəmi bir həftə öncə Bakıda iki ölkə ekspertləri arasında Xəzərin statusu ilə bağlı danışıqlar keçirilirdi. Hesab olunur ki, məhz bu danışıqların yekunu türkmənlərin məhkəmə iddiası barədə qərarına təsir edib. Millət vəkili, 90-cı illərin əvvələrində Xəzərin statusuna dair Türkmənistanla danışıqlarda iştirak etmiş Vahid Əhmədov deyir ki, Azərbaycan qonşusu ilə ümumi dil tapmaq istəsə də öz maraqlarını müdafiə edəcək. "Bizim türkmənlərin önünə qoyulacaq sənəd və faktlar var" Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə isə düşünür ki, iki ölkə arasında ziddiyyət əslində NABUKKO kimi birmənalı qarşılanmayan layihə ilə bağlıdır. Vəfa Quluzadə əmindir ki, bu layihənin əleyhdarları son mübahisəni təhrik ediblər. "Baklı ilə Aşxabat Xəzərin statusu və yataqların mənsubiyyətinə dair ortaq məxrəcə gəlsəydilər, onda bu Rusiyanın görmək belə istəmədiyi NABUKKO layihəsinə ciddi təkan verəcəkdi" Sabiq dövlət müşaviri əmindir ki, məhkəmə qarşıdurmasının perspektivi yoxdur və məsələ ikitərəfli təmaslar vasitəsilə çözülə bilər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar