SON XƏBƏRLƏR

Iki Ayətüllah islahatçı kimi tanınan şəxsiyətlərin müraciətinə cavab olaraq, son hadisələrlə bağlı bəyanat yayıblar

2021.10.20, 07:36
Iki Ayətüllah islahatçı kimi tanınan şəxsiyətlərin müraciətinə cavab olaraq, son hadisələrlə bağlı bəyanat yayıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Iki önəmli Ayətüllah islahatçıların istəyi əsasında , iranda yaşanan içtimayi_siyasi krizə reaksiya veriblər. Bir qrup islahatçı şəxsiyətlər o cümlədən keçmiş prezident Məhəmməd Xatəmi, prezidentliyə namzədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi, Mərcə təqlidlərə(müctehidlərə) bir məktubla müraciət ediblər. məktubda iran hakimiyətinin cəmiyətin müxtəlif təbəqələrinə hayata keçirdiyi zorakılıqdan bəhs edilərək, iran islam cümhuriyətinin çöhrəsinin ləkələndiyini və həbsxanalarda olanlardan nigaranlıqlarını qeyd ediblər. həmçnin məktubda Müctehidlərdən bu olaylarla bağlı münasibət bildirmələri istənilibdir. Şiələrin təqlid mərcəsi Ayətüllah Yusif Saneyi bu məktuba cavab olaraq bəyaniyə verib. Bəyaniyədə deyilir ki: insanları belə səbəbsizcəsinə doyənlər, həbsə salanlar, öldürənlər və işkəncə verənlər bilsinlər ki belə zülmlər ALLAHdan başqa pənahı olmayan insanlara qarşı “Kəbirə günah”ı hesablanır. Ayətüllah Saneyi bu günahlara bulaşanları tövbə etməyə çağıraraq, zərər çəkənlərdən rizayət almalarını sifariş edib. Eyn halda Ayətüllah Saneyi məhbusların dər hal azad olunmasınıda istəyib. Ayətüllah Saneyi qeyd edib ki məzlum millətin və seçicilərin haqlı səsini dünyaya çatdırmağa hamı çalışmalıdır . elə olmasın ki bu zorakılıqlar mübariz insanlarda ümidsizlik yaratsın və zalimlərin istəyi kürsüyə minsin. Elə bu zəmində daha bir Müctehid Ayətüllah Əbdülkərim Musəvi Ərdəbilidə bəyaniyə yayıb. Bəyaniyədə deyilir ki bu hadisələr bir islam sisteminı yaraşan hadisələr deyil. Ayətüllah Ərdəbili uyarı olaraq qeyd edib ki bu gedişlə xalqın etimadı nizama aradan gedəcək və bu şəkildə nizam zəyifləyəcək. Həmçnin Ayətüllah Ərdəbili günahsız məhbusların dərhal azad olmasınıda tələb edib.GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar