SON XƏBƏRLƏR

Kader barədə filmə görə sayt haker hücumuna məruz qalır

2021.10.20, 07:36
Kader barədə filmə görə sayt haker hücumuna məruz qalır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Avstraliya film festivalının veb səhifəsi uyğur lideri Rəbiyə Kader haqqında filmi nümayiş etdirmək planına görə Çin hakerlərinin hücumuna məruz qalıb. Hücum edənlər qitədə ən böyük Melburn Festivalının rəsmi açılışından bir neçə saat sonra səhifədə anti-uyğur şüarları ilə yanaşı Çin bayraqlarını yerləşdiriblər. Bununla yanaşı təşkilatçıların ünvanına çox sayda təhqiramiz xarakterli e-maillər göndərilib. “Bu hücumlar xeyli vaxtdır ki, davam edir. Onların məqsədi bizə ziyan vurmaqdır ”, - deyib Festivalın direktoru Riçard Mur. Cənab Mur deyib ki, daxil olan təhdidlərə görə tamaşaçıların və özünün təhlükəsizliyini təmin etmək üçün cangüdən firmasına müraciət etməli olub. Mühacirətdə yaşayan Rəbiyə Kaderin festivala dəvətinə etiraz edən Pekin tədbirdə iştirakdan imtina edib. Dünya Uyğurlar Konqresinin lideri Pekin tərəfindən bu yaxınlarda Çinin Sincan vilayətində kütləvi iğtişaşların təşkilində suçlanır. 2006-ci ildə Nobel sülh mükafatına layiq görülən Rəbiyə Kader, nə vaxtsa Çinin ən zəngin adamlarından biri olub.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar