SON XƏBƏRLƏR

24 yaşlı tələbə Əmir Cavadi Ləngərudi, molla həbsxanasından meyit olaraq çıxdı

2021.10.20, 07:36
24 yaşlı tələbə Əmir Cavadi Ləngərudi, molla həbsxanasından meyit olaraq çıxdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə dinc etirazlarda həbs edilən Qəzvin Universitetinin 24 yaşlı tələbəsi Əmir Cavadi Ləngərudinin meyiti ailəsinə təhvil verilib. ETTELAAT əməkdaşlarının iyulun 9-u Tehranda düzənlənən aksiyada həbs etdiyi gənc Evin zindanında saxlanırdı. Əmirin atası mühəndis Əli Cavadi Ləngərudi jurnalistlərə açıqlamasında oğlunun taleyindən danışıb: “İki gün əvvəl Evin zindanından mənə zəng edib dedilər ki, iyulun 26-da oğlunun meyitini təhvil al. Əmir siyasətdən uzaq bir gənc idi. Yalnız vətənini sevirdi. Son dərəcə ədəbli bir gənc idi. Anası da bu yaxınlarda rəhmətə gedib. O hələ anasına yas saxlayırdı. İndi mən təkbaşına ona matəm saxlamalıyam. Anası yoxdur ki, onun üçün ağlasın”. Seçki nəticələrinə qarşı dinc aksiyalarda hökumət 20 nəfərin öldüyünü bildirsə də, hüquq müdafiəçiləri və digər mənbələr yüzlərlə aksiyaçının bu günə qədər itkin düşdüyünü nəzərə alaraq öldürülənlərin sayının qat-qat çox olduğunu deyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar