SON XƏBƏRLƏR

MEDVEDYEVDƏN ABŞ-a SƏRT TƏPKİ

2021.10.20, 07:36
MEDVEDYEVDƏN ABŞ-a SƏRT TƏPKİ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedyev ABŞ hökumətini əhalinin etirazına göz yumaraq başqa dövlətlərlə ittifaq axtarmamağa çağırıb. SİA-nın məlumatına görə, televiziya ilə yayımlanan çıxışında Dmitri Medvedyev deyib ki, çox sayda ukraynalı NATO-nun əleyhinədir. “Bizim bu məsələ ilə bağlı mövqeyimiz birmənalıdır. Hesab edirik, bu və ya digər dövləti, əhalisinin iradəsi əleyhinə hər hansı bir hərbi-siyasi ittifaqa sürükləmək düzgün deyil”, – deyə Dmitri Medvedyev qeyd edib. Rusiya lideri həmçinin Gürcüstan mövzusuna da toxunub. Onun fikirincə, NATO “Gürcüstanın sonsuz-hesabsız problemlərinə görə”, bu ölkənin üzvlüyündən heç nə qazanmayacaq. D.Medvedyevin bəyanatından əvvəl bölgəyə səfər edən Amerika vise-prezidenti Co Bayden Ukrayna ilə Gürcüstana NATO üzvlüyü məsələsində dəstəyini bildirib. “Şərqi Avropa ölkələri Rusiya ilə Amerika arasında elan edilmiş yaxınlaşma nəticəsində Moskvadan gələn təzyiqlərin artmasından ehtiyat edirlər”, - deyə D.Medvedyev əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar