SON XƏBƏRLƏR

İran yenədə Ermənistanın qulluğunda. Rahim Qorbani qeyd edib ki İran Ermənistana nüvə yanacağı verməyə hazırdır

2021.10.20, 07:36
İran yenədə Ermənistanın qulluğunda. Rahim Qorbani qeyd edib ki İran Ermənistana nüvə yanacağı verməyə hazırdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "Tehran Times"a istinadən yaydığı məlumata görə, İran Ermənistana, Armavir şəhərində tikilən atom stansiyası üçün nüvə yanacağı verməyə hazırdır. bunu bazar günü Qərbi Azərbaycan vilayətinin qubernatoru Rahim Qorbani deyib. "Nüvənin zənginləşdirilməsi üzrə texnologiyanın təkmilləşməsini nəzərə alan İran İslam Respublikası qonşu ölkələrə nüvə yanacağı verməyə hazırdır", - Qorbani Urmiya şəhərində Armavir qubernatoru ilə görüşündə deyib. O həmçinin qeyd edib ki, İranın Qərbi Azərbaycan vilayətində çox sayda erməninin yaşaması faktı iki ölkə arasında əlaqələrin inkişafına fayda verə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar