SON XƏBƏRLƏR

Frederik Star: «Ermənistan münaqişənin əsirinə çevrilib»

2021.10.20, 07:36
Frederik Star: «Ermənistan münaqişənin əsirinə çevrilib»

Gunaz.tv
«Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ermənistan münaqişənin əsirinə çevrilib». Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz proqramının rəhbəri Frederik Star «1nyus»a müsahibəsində belə deyib. Frederik Star Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın hesabına yarandığı və indiyədək davam etdiyi qənaətindədir. Onun fikrincə, Rusiyanın dəstəyi olmadan ermənilər Dağlıq Qarabağdakı mövqelərini qoruyub saxlaya bilməzdilər. Azərbaycan torpaqlarının işğalı Ermənistanın xeyrinə olmayıb. Zaman göstərdi ki, ermənilər münaqişənin əsirinə çevriliblər. Bu, Ermənistan iqtisadiyyatının və cəmiyyətinin inkişafına mane olan əsas səbəbdir. Amerikalı ekspert belə deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Birləşmiş Ştatların yeni administrasiyasının mövqeyinə gəlincə, Star bildirib ki, hazırda Vaşinqton Moskva ilə ümumi mövqeyə gəlməyin yollarını araşdırır. Bu isə qeyri-mümkündür. Ağ Ev ümidlərinin boşa çıxdığını anlayanda, daha ciddi - Qarabağ münaqişəsi kimi məsələlərə diqqət ayıracaq. Obama administrasiyası ermənilərə birbaşa təsir etmək, yəni «münaqişəyə son qoyun, qarabağı azad edin» kimi müraciət etməyə hazır deyil. Amma bunu gec-tez etmək lazımdır. Frederik Starın fikrincə, Birləşmiş Ştatlar hökuməti üzərinə düşən məsuliyyəti qəbul edəcək və Qafqaz regionundakı maraqlarını tanıyacaq. Birləşmiş Ştatların vitse prezidenti Co Baydenin Qafqaz regionuna səfərinə gəlincə, Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz proqramının rəhbəri bildirib ki, Birləşmiş Ştatlar regiondan çıxmaq niyyətində deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar