SON XƏBƏRLƏR

Tehranda yenidən nümayişlər başlayıb. Dünyanın 80-dən çox ölkəsində isə İran xalqına dəstək nümayişləri keçirilib

2021.10.20, 07:36
Tehranda yenidən nümayişlər başlayıb. Dünyanın 80-dən çox ölkəsində isə İran xalqına dəstək nümayişləri keçirilib

Gunaz.tv
İran İranda yenidən nümayişlər başlayıb. Paytaxt Tehranın Vanak və Mirdamad hissəsində, eləcə də həbsxananın qarşısında toplaşan etirazçılar "diktatora ölüm", "səsimizi geri istəyirik" kimi şüarlar səsləndiriblər. Onlar bir müddət sonra polis və könüllü Bəsic üzvləri tərəfindən dağıdılıb. Dünyanın müxtəlif ölkələrində isə İran xalqına dəstək nümayişləri keçirilib. Rusiya Rusiya paytaxtında bir qrup hüquq müdaifəçisi İran səfirliyinin qarşısına yığışaraq İran xalqının mübarizəsinə dəstək olduqlarını bildiriblər. Aksiya zamanı heç kimi həbs olunmayıb. Nümayişçilər hətta İran siyasətinə görə Rusiya höküməti adından üzr istəyiblər. ABŞ ABŞ-ın Çikaqo şəhərində insan haqları uğrunda keçirilən aksiyanın əsas natiqi Rəqsanə Saberi olub. Həm İran, həm də Amerika vətəndaşı olan və 4 ay İranda həbsdə saxlanılan Rəqsanə Saberi deyib ki, səssizlik iranlılara kömək etməyəcək. Xatırladaq ki, Saberi Amerikaya casusluqda təqsirləndirilərək İranda həbs edilmişdi. Planlaşdırılmış yürüşün bir hissəsi olaraq nümayişçilər BMT-nin Vaşinqtondakı nümayəndəliyi qarşısında da toplaşıblar. Fransa Fransanın paytaxtında isə 200-ə yaxın nümayişçi Eyfel qülləsinin yaxınlığına toplaşaraq əllərində İranda həbsdə olanların və toqquşmalarda qətlə yetirilən 27 yaşlı Neda Ağa Sultanın şəklini tutublar. Onlar rəsmi Tehrandan zorakılığı və müxalifət nümayəndələrinin təqib olunmasını dayandırmağı tələb ediblər. Almaniya Almaniya paytaxtında isə nümayişçilər əllərində İrandakı zorakılıqların əks olunduğu plakatlar tutaraq küçədə yürüş keçiriblər. Filippin Filippinin paytatında isə bir qrup hüquq müdafiəçisi və sülh fəalı bu ölkədə insan haqları uğrunda həlak olmuşların xatirəsinə ucaldılan abidənin önündə şam yandırıb. Aksiya iştirakçısı Mersi Ferreri bildirib ki, filippinlilər insan haqları məsələsində İran xalqı ilə tam həmrəydilər. Yaponiya Yaponiyanın paytaxtında da analoji aksiya keçirilib. Boyunlarına yaşıl sarğı bağlayan 80-ə yaxın insan mərkəzi parkda toplaşaraq şam yandırıblar. Kütlə böyük ekranda İranla bağlı son xəbərlərə baxaraq müxtəlif mahnılar oxuyublar. Qeyd edək ki, Yaponiyada 5 mindən çox iranlı yaşayır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar