SON XƏBƏRLƏR

dinc aksiyacının həbsxanadan meyidi çıxdı

2021.10.20, 07:36
dinc aksiyacının həbsxanadan meyidi çıxdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayinin müşaviri Əbdülhüseyn Ruhuləmini Nəcəfabadinin oğlunun meyiti ailəsinə qaytarılıb. Möhsün Rzayinin seçki qərargahının üzvü olmuş doktor Əbdülhüseyn Ruhuləmini Nəcəfabadinin oğlu Möhsün Ruhuləmini iki həftə əvvəl seçki nəticələrinə qarşı dinc aksiyalarda həbs edilmişdi. Möhsün Ruhuləmininin ailəsində jurnalistlərə bildiriblər ki, Evin zindanından onlara zəng edib Möhsünün yaxın günlərdə azadlığa buraxılacağı xəbərini versələr də, iki gün əvvəl yenidən zəng edərək Möhsünün öldüyünü bildiriblər. Dinc aksiyaçının ölümünün səbəbi açıqlanmasa da, onun zindanda ağır işgəncələrdən keçindiyi təxmin edilir.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar