SON XƏBƏRLƏR

50 şəhərdə Iran rejiminə qarşı etiraz olacaq

2021.10.20, 07:36
50 şəhərdə Iran rejiminə qarşı etiraz olacaq

Gunaz.tv
BMT binası qarşısında Iran hökuməti əleyhinə 4 günlük aclıq aksiyası və nümayişlər başlayıb Nyu-Yorkda BMT binası qarşısında Iran hökuməti əleyhinə 4 günlük aclıq aksiyası və nümayişlər başlayıb. Aksiyanın məqsədi ötən ay Iranda keçirilmiş mübahisəli prezident seçkilərindən sonra rəsmilərin vətəndaşlara qarşı təzyiqlərinə etiraz etməkdir. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. Aksiyanın təşkilaçılarından biri Mani Şirazi radioya deyib ki, ifadə azadlığı onların prioritetlərindən biridir. “Iran həbsxanalarındakı siyasi məhbusların hamısı azad edilməlidir”. Mübahisəli seçkilərdə Mahmud Əhmədinejada məğlub olduğu bildirilən müxalifət lideri Mirhüseyn Musəvi deyib ki, Iran prezidenti bu ölkə üçün yerli və beynəlxalq müstəvidə problemlər yaradır. Nyu-Yorkdakı nümayişlərin təşkilatçıları da hesab edir ki, Iran rəhbərliyi ölkə qanunları ilə yanaşı, insan haqları üzrə bütün beynəlxalq prinsip və sazişləri pozur. Nümayişlərə Birləşmiş Ştatların hər yerindən fəallar qatılıb. Essie Mohaddess Kaliforniyanın Sakramento şəhərindən gəlib. Mohaddes deyib ki, onların məqsədi beynəlxalq diqqəti Irandakı hadisələrə yönəltməkdir. Aksiya iştirakçıları ümid edir ki, BMT baş katibi Iranda seçkisonrası hadisələri araşdırmaq üçün bu ölkəyə xüsusi qrup göndərəcək. Təşkilatçıların dediyinə görə, bu şənbə Irandakı vəziyyətə etiraz olaraq dünyanın 50 şəhərində mitinqlər keçiriləcək(Turan).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar