SON XƏBƏRLƏR

yeni açıqlama, DAHA 3 SEÇKİ ETİRAZÇISININ ÖLDÜRÜLDÜYÜNÜ DEYİR

2021.10.20, 07:36
yeni açıqlama, DAHA 3 SEÇKİ ETİRAZÇISININ ÖLDÜRÜLDÜYÜNÜ DEYİR

Gunaz.tv
Prezidentliyə namizəd Mirhüseyn Musəviyə dəstək vermiş “Azadlığın yaşıl dalğası” saytı 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə qarşı dinc etiraz aksiyalarında iştiraka qurban getmiş daha 3 gəncin adlarını açıqlayıb. aksiyalarda tutulub 15 gün həbsdə saxlandıqdan sonra azad buraxılan Ramin Qəhrəmani qəfil qıcolmadan keçinib. Ramin ölümündən əvvəl valideynlərinə deyibmiş ki, zindanda onu uzun müddət ayaqlarından asıb məcburi etiraf almaq istəyiblər. Digər məlumatda bildirilir ki, dinc aksiyalarda başından aldığı dəyənək zərbəsinə görə 18 yaşlı gənc Arman Estəxripur xəstəxanada keçinib. Məlumatda həmçinin 35 gün əvvəl dinc aksiyalarda ürəyindən güllə yarası alan 17 yaşlı gənc Meysəm İbadinin meyitinin son günlər ailəsinə təhvil verildiyi və səssiz-səmirsiz Tehranın “Behişti Zəhra” qəbiristanlığında basdırıldığı bildirilir. Bildirilir ki, zindan rəsmiləri meyitləri ailələrinə rəsmi matəm tutmamaq və dəfn mərasimini səssiz keçirmək şərti ilə təhvil verirlər.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar