SON XƏBƏRLƏR

Türkmənistan Azərbaycanı arbitiraj məhkəməsinə verib

2021.10.20, 07:36
Türkmənistan Azərbaycanı arbitiraj məhkəməsinə verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkmənistan Xəzərdəki mübahisəli neft-qaz yataqları ilə bağlı Azərbaycanı beynəlxalq arbitraj məhkəməsinə verməyə hazırlaşır. Bu bəyanatla Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov çıxış edib. Türkmənistan Xəzərdəki mübahisəli neft-qaz yataqlarını özününkü sayır və öz hüquqlarını beynəlxalq arbitraj məhkəməsində qorumaq niyyətindədir. Bu bəyanatla Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov çıxış edib. O deyib ki, bu yataqlar arasında «Sərdar» yatağı da var. Berdimuhəmmədov xarici işlər naziri Rəşid Meredova mübahisəli dəniz əraziləri ilə məşğul olan hüquqşünasları toplamağı və beynəlxalq arbitraj məhkəməsi üçün müvafiq sənədləri hazırlamağı tapşırıb. Əlavə edib ki, ölkəsi beynəlxalq arbitraj məhkəməsinin çıxaracağı istənilən qərarla razılaşacaq. Məhkəmə ölkəsinin xeyrinə qərar çıxaracağı təqdirsə isə mübahisəli yataqları istismar edən xarici şirkətlər Türkmənistana kompensasiya ödəməli olacaq. Artıq bununla bağlı həmin şirkətlərə xəbərdarlıq da göndərilib. Azərbaycan tərəfi Türkəminstan tərəfinə mübahisəli sayılan «Sərdar Kəpəz» yatağının birgə işlənməsini təklif edib. Rəsmi Bakı lazım gələrsə sərmayə qoymaq üçün birlikdə beynəlxalq əməliyyatçıların dəvət olunmasını da mümkün sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar