SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD qudasını istefaya göndərməli oldu

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD qudasını istefaya göndərməli oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu arada İran prezidenti Mahmud Əhmədinejad ölkənin ali dini lideri Ayətulla Əli Xamneinin tələbini yerinə yetirərək birinci müavini İsfəndiyar Rəhim Maşaini istefaya göndərib. Bu barədə İran prezidentinin köməkçisi bildirib. Xatırladaq ki, dini lider bir neçə gün öncə Mahmud Əhmədinejada rəsmi məktub yazaraq İsfəndiyar Rəhim Maşaini istefaya göndərməyi tələb etmişdi. İsfəndiyar Rəhim Maşai isə iyulun 17-də birinci müavin vəzifəsinə təyin edilməsindən sonra İrandakı mühafizəkar qüvvələr onun istefaya göndərilməsini tələb edib. Hakim dairələr vitse prezidenti İranın milli maraqlarına zidd açıqlamalar verməkdə ittiham edərək onun bu vəzifədə qalmasını yolverilməz adlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar