SON XƏBƏRLƏR

Türkiyənin Anayasa Məhkəməsindən önəmli qərar

2021.10.20, 07:36
Türkiyənin Anayasa Məhkəməsindən önəmli qərar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Türkiyənin Konstitusiya Məhkəməsində son vaxtlar ictimaiyyətin diqqət mərkəzində olan iki məsələyə baxılıb. Konstitusiya Məhkəməsi hərbiçilərin mülki məhkəmədə mühakimə olunmasının yolunu açan düzəlişin ləğv edilməsi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyasının (CHP) iddia ərizəsini qəbul etməklə bağlı qərar çıxarıb. Konstitusiya Məhkəməsi üzvləri bu məhkəmənin başqanı Haşim Kılıcın müəyyənləşdirəcəyi bir gündə bir araya gələrək iddia ilə bağlı qərar verəcəklər. CHP, MHP, DTP, DSP və bəzi müstəqil millət vəkillərinin Suriya ilə sərhəddəki minalı ərazilərin təmizlənməsi ilə bağlı qanunun qüvvədən salınması ilə əlaqədar iddiası isə qismən təmin olunub. Konstitusiya Məhkəməsinin qərarına görə, minalı əraziləri təmizləyəcək şirkət həmin ərazilərdə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul ola bilməz. AKP-nin təkidiylə parlamentdə qəbul olunan qanun xarici ölkənin minaların təmizlənməsiylə məşğul olacaq özəl şirkətinə müəyyən müddətdə bu ərazilərin icarəyə verilməsini, özəl şirkətin burada kənd təsərrüfatı məhsulları becərməsi hüququnu nəzərdə tuturdu. Ramiz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar