SON XƏBƏRLƏR

Ermənilər Xankəndində yeni hava limanının tikintisinə başlayıblar

2021.10.20, 07:36
Ermənilər Xankəndində yeni hava limanının tikintisinə başlayıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "lent.az"a istinadən yaydığı məlumata görə, separatçıların lideri Bako Saakyan tikintinin gedişinə şəxsən nəzarət edir. Ermənilər yeni hava limanının tikintisinin eyni zamanda böyük siyasi əhəmiyyət daşıdığını da bildirirlər. Xankəndindəki köhnə hava limanı 1960-cı illərdə tikilib. Son 20 il ərzində fəaliyyət göstərməyən aeroport xarabalığa çevrilib. Bako Saakyan İrəvan arxitektura və tikinti universitetinə və Ermənistan Mülki Aviasiya Baş İdarəsinə müraciət edərək onlardan kömək istəyib. Layihəni üç nəfərdən ibarət arxitektor qrupu hazırlayıb. Yeni hava limanı Xankəndi-Xocalı yolunun yaxınlığında tikilir. Ermənilər bu ərazinin daha rahat olduğunu bildirirlər. Hava limanının 2010-cu ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulub. Amma ermənilərin oradan İrəvandan başqa hara uça biləcəkləri bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar