SON XƏBƏRLƏR

İrandakı proseslər molla rejimini çökdürəcək

2021.10.20, 07:36
İrandakı proseslər molla rejimini çökdürəcək

Gunaz.tv
Nəsib Nəsibli: "Hərəkat öz miqyasını və ardıcıllığını saxlayarsa, bu, baş verəcək" İran hakimiyyətinin repressiya maşınını tam gücü ilə işə salmasından sonra nisbətən səngimiş kimi görünən etiraz dalğası ölkəni yenidən brüyüb. Molla rejiminin əleyhdarları müəyyən fasilədən sonra təkrar meydanlara axışaraq, prezident seçkilərinin nəticələrinin ləğvini tələb edib. Etiraz aksiyalarını dağıtmağa çalışan İran polisi hərəkatçıların ciddi müqavimətilə üzləşib. Artıq ölkənin müxtəlif bölgələrində narazılığın yeni dalğası vüsət almaqdadır. İran hadisələrinin inkişaf tempi isə bir çox təhlilçilərə yaranmış şəraitdə ölkənin dini-siyasi rejiminin taleyinin həll olunması haqda fikirlər səsləndirmək imkanı verir. Rahid Cəfərli Bildirilir ki, ölkəni əhatə edən yeni hərəkat İranın molla rejiminin sonunu gətirmək gücündədir. Parlamentin deputatı Nəsib Nəsibli İranda davam edən proseslərin bu ölkədə siyasi rejimin dəyişməsinə ciddi təsir göstərmək imkanında olması qənaətindədir: "İranda ötən dövrlərdə də ara-sıra və müxtəlif miqyasda narazılıqlar baş qaldırırdı. Amma həmin aksiyalar davamlı və təsiredici formada alınmırdı. İndi isə artıq iki aydır ki, İranda qalxan etiraz dalğasını yatırmaq mümkün olmur. Bu, nəyin göstəricisidir? Proseslərin belə davamlı və əzmkar olması o deməkdir ki, İran cəmiyyətinin böyük bir hissəsi mövcud reallıqlarla razılaşmır və onları dəyişdirmək üçün şəraitin yetişdiyinə inanır. Özünüz də baxın, seçkilərdən sonrakı bir neçə həftə ərzində İranın bütün regionlarında çox geniş aksiyalar təşkil olundu, narazı insanlar hətta hökumət qüvvələrilə toqquşmadan da çəkinmədilər. Minlərlə insan bu qarşıdurmada öldürüldü, yaralandı, həbs olundu... İran hökumətinin etirazçılara qarşı repressiyalara başlamasından sonra belə fikirlər yarandı ki, bununla da İrandakı hərəkata nöqtə qoyuldu. Lakin gördünüz ki, son bir neçə gündə cəmiyyətin narazı kəsimi yenə də əzmlə ayağa qalxaraq, öz iradəsini bəyan etdi. Fikrimcə, İrandakı hərəkatın ardıcıllığını saxlamaq mümkün olarsa, o zaman dəyişiklik mütləq baş verəcək". Deputat gedən proseslərin xarakterinə də toxundu: "Bəziləri yanlış olaraq, belə fikirlərlə çıxış edir ki, İranda baş verənlər hakimiyyətdaxili narazılığın təzahürüdür. Yəni bu qarşıdurma hakimiyyət bölgüsü zamanı ortaya çıxan ziddiyyətlərin ifadəsi kimi təqdim olunur. Amma şəxsən mən belə düşünmürəm və bunun üçün əsaslar da var. Açıq görünən budur ki, İranın indiki siyasi quruluşu hansı tərəfə çevirsən də, dünyanın mövcud gerçəkliklərilə uyğun gəlmir. Bunu İranın siyasi elitasının bir çox nüfuzlu simaları da qəbul edir, cəmiyyətin əhəmiyyətli hissəsi də. Yəni proseslər elə bir xarakter alıb ki, onu hakimiyyətdaxili mübarizə prizmasında göstərmək qətiyyən mümkün deyil. O baxımdan, bir daha deyirəm, İrandakı proseslər miqyasını və ardıcıllığını saxlayarsa, o zaman bu ölkənin siyasi rejiminin dəyişməsi tamamilə realdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar