SON XƏBƏRLƏR

ayətullah Nasir Məkarim Şirazinin fitvası: MƏŞAYİNİN BİRİNCİ VİTSE-PREZİDENT TƏYİN EDİLMƏSİ QANUNSUZDUR

2021.10.20, 07:36
ayətullah Nasir Məkarim Şirazinin fitvası: MƏŞAYİNİN BİRİNCİ VİTSE-PREZİDENT TƏYİN EDİLMƏSİ QANUNSUZDUR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qum dini dairəsinin məşhur və nüfuzlu ruhanisi ayətullah Nasir Məkarim Şirazi iyulun 22-də tərəfdarlarından birinin “Məşayinin birinci vitse-prezident seçilməsinə qarşı münasibətiniz nədir?” sualını cavablandırıb. İran prezidenti Mahmud Əhmədinejadın iyulun 17-də qudası İsfəndiyar Rəhim Məşayini birinci vitse-prezident vəzifəsinə təyin etməsi hakimiyyətdaxili bir sıra dairələrin kəskin etirazına səbəb olub. Nasir Məkarim Şirazinin verdiyi fitvada deyilir: “Belə bir şəxsin bu vəzifədə əyləşməsi tamamilə qanunsuzdur. Onu bu vəzifəyə təyin edən məsullar öz səhvlərini düzəltməlidirlər”. Fitvada rəsmilərin əmanətdarlığa riayət etməsinin vacibliyi də vurğulanıb: “Sistemin yüksək rütbəli rəsmilərinin də qeyd etdiyi kimi, vəzifə sahiblərinin ən yaxşıları öz səhvlərinə etiraf etmək şücaətinə malik olanlardır. Rəsmilər bilməlidir ki, bu vəzifələri xalq onlara əmanət olaraq tapşırıb. Elə buna görə də onlar əmanətdarlığa riayət etməli, islam məsləhətini nəzərə almalıdırlar”. Məşayinin 1 il əvvəl etdiyi çıxışlarının birində İsrail xalqını İranın dostu adlandırması bir sıra dairələrin kəskin etirazına səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar