SON XƏBƏRLƏR

Co Bayden: Moskva ilə münasibətlərimizin yaxunlaşması Gürcüstanın hesabına olmayacaq

2021.10.20, 07:36
Co Bayden: Moskva ilə münasibətlərimizin yaxunlaşması Gürcüstanın hesabına olmayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerikanın vise-prezidenti Co Bayden Gürcüstanı və onun NATO-ya daxil olmaq niyyətlərini dəstəklədiyini bildirib. Gürcüstan parlamentinə müraciətlə çıxış edən Co Bayden deyib ki, Vaşinqton Moskva ilə münasibətlərin yaxşılaşdırılması üçün Tbilisini qurban vermək niyyətində deyil. “Xanımlar və cənablar, - deyib vise-prezident, - Mən bilirəm ki, bəziləri narahatdırlar. Narahatdırlar ki, bizim Rusiya ilə yeni münasibətlər qurmağımız Gürcüstanı qurban verməklə ediləcək. Qoyun aydın şəkildə deyim. Edilməyib. Edilməyəcək və edilə də bilməz. Biz Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini heç vaxt tanımayacağıq!”. Amerikanın vise-prezidenti Co Bayden Gürcüstana və onun prezidenti Mixeil Saakaşviliyə Vaşinqtonun davam edən dəstəyini bir daha vurğulayıb. O deyib ki, hələ ötən il Gürcüstandakı münaqişə zamanı da Tbilisiyə birmənalı dəstək göstərilmişdi. “Mən izah etmək istəyirəm ki, nə üçün sizin müstəqilliyiniz mənim ölkəm və dünya üçün bu qədər vacibdir, - deyib vise-prezident, - Mən indi parlamentdə sizin qarşınızdayam, amma ötən il bu vaxt prezident Saakaşvili ilə restoranın damına çıxıb artilleriyanın və döyüş təyyarələrinin gecənin bağrını yaran səsinə qulaq asırdım. O vaxt mən həmin damda bir senator kimi Amerikanın Gürcüstana dəstəyini elan etdim. Və mən bu gün burda Amerika Birləşmiş Ştatlarının vise-prezidenti kimi həmin dəstəyi bir daha elan edirəm”... Bundan əvvəlki çıxışında Co Bayden bildirmişdi ki, Amerika bu regionda heç kimin nüfuz dairəsini tanımaq istəmir. O daha sonra bildirib ki, Amerika Birləşmiş Ştatları bu regionda özünün nüfuz dairəsini yaratmağa can atmır. “Amerika Birləşmiş Ştatları nə bu regionda, nə də dünyanın başqa yerlətrində nüfuz dairəsi yaratmağa can atmır. Bizim yaratmaq istədiyimiz millətlərin ümumi narahatlıqlarına birlikdə cavab verən çoxpartnyorlu dünyadır. Bu partnyorluqlar heç kimin əleyhinə yönəlməyib. Bunlar demokratik, firavan və təhlükəsiz dünya görmək istəyənlərin hamısı üçün faydalıdır”... Bununla belə Amerikanın vise prezidenti izah edib ki, Amerika Tbilisiyə yalnız mənəvi dəstək verə bilər. Amerikanın Gürcüstana hərbi yardımı isə buradakı demokratik islahatların inkişafından birbaşa asılı olacaq. “Biz heç bir ölkəyə NATO daxilindəki 5-ci maddəyə uyğun qarantiya verə bilmərik. Biz Gürcüstana deyirik ki, sizdə inkişaf etdilirlməli olan çox sayda demokratik təsisatlar var. Ukraynada bu daha çox təbiətcə iqtisadiyyata aiddir. Gürcüstanda isə demokratik təsisatların genişlənməsinə ehtiyac var. Burdan belə bir nəticə hasil olur ki, siz bu təsisatları bəhrə vermələri və yetişmələri istiqamətində inkişaf etdirdikcə biz sizin yanınızda olacağıq”... Amerika vise-prezidentinin Gürcüstana tam dəstək elan etməsindən bir qədər əvvəl Moskva xəbərdarlıq edib ki, Gürcüstanın yenidən silahlanmaq cəhdlərinə qarşı konkret tədbirlər görüləcək. Öz növbəsində Gürcüstan prezidenti Mixeil Saakaşvili Co Baydenin simasında Amerikaya təşəkkürünü bildirib: '' Biz inkişafda olan demokratiyayıq. Lakin sizinlə dünən müzakirə etdiyimiz kimi biz hücumə məruz qalan, torpaqları qismən işğal olunmuş və təhlükəsizliyi daim hədələnən bir demokratiyayıq. Bütün bunlara baxmayaraq bizim istiqamətimiz dönməzdir. Biz azad dünyaya, Avropaya, NATO-ya qoşulmaq istəyimizi bildirmişik. Bütün bunları gürcü xalqı azad səsvermədə, referendumda dəstəkləyib və bu yoldan bizi heç kim döndərə bilməz. Mən Moskvada möhkəm mövqedə dayandığı üçün prezident Obamaya öz təşəkkürümü bildirirəm. O dedi ki, bugünkü dünyada, 21-ci əsrdə heç bir nüfuz dairəsi ola bilməz və bu sözlər Gürcüstan kimi ölkələrin ürəyindən xəbər verir”…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar