SON XƏBƏRLƏR

Məhəmməd xatəmi referendum təklifini bir daha irəli sürüb

2021.10.20, 07:36
Məhəmməd xatəmi referendum təklifini bir daha irəli sürüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə xalqın etimad göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün referendum keçirilməsi təklifini bir daha dilə gətirib. iyulun 22-də jurnalistlərlə görüşündə M.Xatəmi xatırladıb ki, belə bir referendum keçirilməsi təklifini ilk dəfə iyulun 19-da Mübariz Ruhanilər Birliyinin nümayəndələri ilə görüşündə irəli sürüb və buna görə mühafizəkarlara yaxın qəzetlərin kəskin etirazı ilə üzləşib. M.Xatəmi hazırkı vəziyyətdən yeganə çıxış yolunun referendumda olduğunu deyib: “Bu təklif həm qanunidir, həm də sistemi sığortalaya bilər. Referendum sonuncu qanuni çıxış yoludur”. Keçmiş prezident bildirib ki, referendum təklifi rədd edilsə, demək olar ki, bütün qanuni yollar xalqın üzünə qapanmış olacaq: “Bundan sonra isə sistemin xeyrinə olmayan bir vəziyyət yarana bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar