SON XƏBƏRLƏR

NYU-YORKDA aclıq aksiyası. onların içində Əkbər Gənci, Ququş, Ebi, Rza Bərahəni və ... kimiləridə var

2021.10.20, 07:36
NYU-YORKDA aclıq aksiyası. onların içində Əkbər Gənci, Ququş, Ebi, Rza Bərahəni və ... kimiləridə var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "media.forum"a istinadən yaydığı məlumata görə, İyulun 22-də Nyu-Yorkda - BMT baş qərargahı qarşısında məşhur iranlı dissident Əkbər Gənci və 30-dan çox başqa ziyalının təşəbbüsü ilə 3 günlük aclıq aksiyası başlayıb. Aksiya 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə etiraz məqsədi daşıyır. 300 nəfərin yaşıl simvollarla qatıldığı aksiyada İranın məşhur müğənniləri Ququş ve Ebi, məşhur aktrisa Şöhrə Ağdaşlu, yazıçı və tənqidçi Rza Bərahəni, məşhur amerikalı mütəfəkkir Noam Çomski və tanınmış kino aktyoru Robert Redford iştirak edir. Aksiya təşəbbüskarı Əkbər Gənci BBC radiosuna açıqlamasında İranda zindanlarda saxlanan, eləcə də seçkidən sonrakı dinc aksiyalarda tutulan bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib: “Biz hamımız İranda insan hüquqlarına əsaslanan demokratik bir sistemin bərqərar olmasını tələb edirik”. Aksiyada bəyanat da qəbul olunub. İnqilabdan sonra keçici hökumətin baş naziri olmuş Mehdi Bazərganın oğlu Əbdüləli Bazərgan, İran parlamentinin keçmiş deputatları Fatimə Həqiqətcu və Əli Əkbər Musəvi Xoeyni, keçmiş dissident ruhani Həsən Yusifi Eşkəvəri və başqa tanınmışların imzaladığı bəyanatda deyilir: “Prezident seçkisində yol verilən geniş saxtakarlığı, dinc etirazçılara qarşı zorakılıq və repressiyanı məhkum edir, aksiyalarda həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar