SON XƏBƏRLƏR

“National Geographic” jurnalı Qarabağı Azərbaycandan “ayırıb”

2021.10.20, 07:36
“National Geographic” jurnalı Qarabağı Azərbaycandan “ayırıb”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin APAya istinadən yaydığı məlumata görə, Dünya şöhrətli "National Geographic" jurnalı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ayrıca ərazi kimi göstərib. Azərbaycan haqqında məlumat xarakterli səhifədə Dağlıq Qarabağın mərkəzinin adı Xankəndi yazılsa da, ərazinin özü ingilis dilində mübahisəli ("disputed") kimi təqdim olunub (http://travel.nationalgeographic.com/places/maps/map_country_azerbaijan.html). Lakin "National Geographic"-in internet səhifəsində Gürcüstan ərazisindəki separatçı qurumlar Cənubi Osetiya və Abxaziya ümumiyyətlə əks olunmayıb. Qeyd edək ki, bir qədər əvvəl İngiltərənin "Economist" jurnalı Bakı-Tiflis-Ceyhan kəmərinin Ermənistan ərazisindən keçməsini əks etdirən xəritə çap edib. Lakin çoxsaylı azərbaycanlı oxucunun etirazından sonra jurnal iyulun 20-də səhvini düzəldib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar