SON XƏBƏRLƏR

Rusianın yaxun müttəfiqi kimi tanınan Belarus, Gürcüstanın ərazi bütövlüyünü tanıdı

2021.10.20, 07:36
Rusianın yaxun müttəfiqi kimi tanınan Belarus, Gürcüstanın ərazi bütövlüyünü tanıdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "lent.az"a istinadən yaydığı məlumata görə, Ölkə vətəndaşlarına Abxaziya və Cənubi Osetiyaya səfər zamanı Gürcüstan qanunlarına riayət etmək məsləhət görülüb. Belarus vətəndaşlarına Abxaziya və Cənubi Osetiyaya səfər zamanı Gürcüstan qanunlarına riayət etmək məsləhət görülüb. belə bir bəyanatla Belarus Xarici İşlər Nazirliyinin baş konsul idarəsinin rəis müavini Aleksandr Lukaşeviç çıxış edib. Diplomat xatırladıb ki, Gürcüstan qanunlarına görə, Abxaziya və Cənubi Osetiya ərazilərinə giriş məhdudlaşdırılıb. Bu ərazilərə ancaq Zuqdidi və Qori rayonlarından keçməyə icazə verilir. Lukaşeviç bildirib ki, müvafiq icazə olmadan Abxaziya və Cənubi Osetiyaya digər istiqamətlərdən daxil olmaq qadağandır və Gürcüstan Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır. Ekspertlər bu bəyanatın faktiki olaraq Minskin Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımaqdan imtina edərək, Moskvanın əleyhinə getməsi kimi dəyərləndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar