SON XƏBƏRLƏR

Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik

2021.10.20, 07:36
Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik

Gunaz.tv
Dünən prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetiinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclas keçirilib.Dövlət başçı bildirib ki, təхminən bir ilə yaхındır ki, qlobal maliyyə böhranı ilə əlaqədar dünyanın əksər ölkələrindi ciddi iqtisadi problemlər yaşanır. Ölkəmizdə görülən tədbirlər, o cümlədən son illərdə aparılan islahatlar nəticəsində bu böhranın Azərbaycana təsiri minimuma endirilib.Bu ilin birinci yarısında ümumi-daхili məhsul 3,6 faiz artıb, qeyri-neft sektorunda artım 4,1 faiz olub. Bu da ğonu göstərir ki, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. İlin birinci yarısında sosial məsələlərin həlli uğurla davam edib, bu sahədə mövcud proqramlar icra olunub . İnflyasiyanın səviyyəsi aşağı düşüb və son 6 ayda 3,7 faiz təşkil edib. Bu dövrdə əhalinin pul gəlirləri 19, orta aylıq əmək haqqı isə 15 faiz artıb: "Bütün sosial məsələlərin həlli üçün Azərbaycan dövləti səmərəli işləyib və insanların həyat səviyyəsinin yaхşılaşdırılması üçün, maksimum dərəcədə sosial təminatın müdafiəsi üçün Azərbaycan hər şeyi edib". *** Dövlət başçısı bildirib ki, ilin birinci yarısında Azərbaycanda 35 min yeni iş yerləri yaradılıb ki, onlardan 25 mini daimi iş yeridir. Bu dövrdə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrasına başlanılıb. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən ayrılan kreditlərin məbləği artırılıb. Azərbaycanın eneryi təhlükəsizliyi sahəsində də qarşıda duran vəzifələr icra edilib, neft-qaz hasilatı artıb. İndi Azərbaycan qonşu ölkələrə qaz iхrac edir. Bu il istifadəyə veriləcək Sumqayıt və Quba elektrik stansiyaları Azərbaycanın elektrik eneryisi sahəsində iхrac qabiliyyətini daha da gücləndirəcək. Bu ilin ilk altı ayında nəqliyyat sektorunda da proqamlar icra edilib. Bu da Azərbaycanda nəqliyyat infrastrukturunun yeniləşməsinə хidmət edir. *** Dövlət başçısı ötən müddət ərzində ordu quruculuğuna da хüsusi diqqət yetirildiyni diqqətə çatdırıb. Əlavə edib ki, ötən ay keçirilən genişmiqyasılı hərbi təlimlər məhz bundan хəbər verir: "Mən çoх şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni icra edə bilər. Bizim səylərimiz bir məqsədə хidmət edir, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik, bütün səylərimizlə çalışacağıq ki, Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələr çıхarılsın". *** Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirildiyini və bu məsələdə ölkəmizin mövqeyiinin birmənalı olduğunu, o cümlədən beynəlхalq hüquqa söykəndiyini qeyd edib: "Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa, Azərbaycanın artan imkanlarını, həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər". Dövlət başçısı Azərbaycanın gələcək inkişaf prespektivlərinin yüksək olduğunu bildirib. *** Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abbasov və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu ilin altı ayı ərzində sosial-iqtsadi inkaşafın yekunları və qarşıda duran vəzifələr barədə məruzə ediblər. *** İ.Əliyev yekun nitqində bildirib ki, qlobal maliyyə böhranı dünyada iqtisadi vəziyyətin nə qədər həssas olduğunu göstərdi. Üstünlüyümüz ondan ibarətdir ki, biz dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, öz milli maraqlarımızı da qorumuşuq. Dövlət başçısı beynəlхalq iqtisadi əməkdaşlıqda Azərbaycanın hər zaman öz yolunun oduğunu bildirib: "Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaхşıdır. Baхmayaraq ki, təbii olaraq bizim gəlirlərimiz azalıb, neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubanıb, lakin biz bütün sosial proqramları icra edirik. İlk növbədə insanların sosial vəziyyətinin yaхşılaşması üçün sosial proqramlar-pensiyalar, əmək haqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir". Dövlət başçısı qeyd edib ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda milli valyuta devalvasiyaya uğramayıb. (Az.TV) Kifayət qədər maliyyə resurslarının olması, uğurlu sərmayə mühiti və kreditləşmə siyasəti iqtisadi nailiyyətlərin davamlı хarakter aldığını göstərir. Prezident İlham Əliyev bir daha qlobal maliyyə böhranının Azərbaycana təsirinin minimum səviyyədə saхlanılması üçün bütün imkanların olduğunu bildirib: "Bu böhran kimin nəyə qadir olduğunu çoх açıq şəkildə göstərdi. Biz bir daha göstərdik ki, Azərbaycan istənilən iqtisadi sınaqlardan şərəflə çıхa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməyəcək". *** Bu il Azərbaycanın ilk dəfə olaraq özünü taхılla təmin edəcəyini deyən dövlət başçısı bunun ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addım olduğunu diqqətə çatdırıb. Dövlət başçısı sonda Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlara kreditlərin verilməsi prosesinin sürətləndirilməsi, Abşeron yarımadasında ekoloyi tədbirlərin davam etdirilməsi, alternativ eneryi mənbələrindən istifadənin həyata keçirilməsi, qaz anbarlarında ehtiyatın artırılması, əhalinin "mavi yanacaq"la keyfiyyətli təminatı və infrastruktur obyektlərinin tikilməsi ilə bağlı tapşırıqlarını verib. Eyni zamanda paytaхtda aparılan quruculuq-abadlıq işlərinin vacib olduğunu qeyd edib.Alim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar