SON XƏBƏRLƏR

M.Musəvi bir daha indiki hökumətin qanunsuz olduğunu vurğulayıb

2021.10.20, 07:36
M.Musəvi bir daha indiki hökumətin qanunsuz olduğunu vurğulayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri, builki prezident seçkisində əsas namizədlərdən olmuş Mirhüseyn Musəvi iyulun 22-də bir sıra universitet müəllimi və jurnalistlərlə görüşüb. Seçkidən sonrakı vəziyyətdən danışan Musəvi ölkədəki siyasi atmosferi tənqid edib. xalqın öz tələb və etirazını sivil yolla bildirməsini vacib sayan M.Musəvi seçkinin rəsmi nəticələrinə etiraz edənləri vahid şüarlar altında birləşməyə çağırıb: “Bu gün iş o yerə çatıb ki, Haşimi Rəfsəncani kimi bir şəxsə belə dözə bilmirlər. Son aylarda ortaya çıxan yaşıl qəngli simvol göstərdi ki, müxtəlif siyasi görüş və mənafeyi olanları bir yerdə toplamaq mümkündür”. M.Musəvi indiki hökumətin qanunsuz olduğunu vurğulayıb: “Biz bundan sonra legitim sayılmayan səriştəsiz bir hökumətlə qarşılaşacağıq. Bu qanunsuz hökumət həm ölkə daxilində, həm də xaricdə çoxlu problemin yaranmasına gətirib çıxaracaq. Bu elə hökumətdir ki, nə elita onunla əməkdaşlıq etmək istəyir, nə də onlar elitanın təcrübəsindən faydalanmağa meyl göstərirlər”.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar