SON XƏBƏRLƏR

Musəvinin xanımı Zəhra Rəhnəvərd məhbusların ailəsinə dildarlıq verərək öz qardaşınında 1 ay öncədən həbsdə olduğunu bildirib

2021.10.20, 07:36
 Musəvinin xanımı Zəhra Rəhnəvərd məhbusların ailəsinə dildarlıq verərək öz qardaşınında 1 ay öncədən həbsdə olduğunu bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd iyulun 21-də seçkidən sonrakı dinc aksiyalarda həbs edilənlərin anaları və həyat yoldaşları ilə görüşdə onlara ürək-dirək verərək öz qardaşı Şapur Kaziminin də bir ay əvvəl həbs edildiyini bildirib. Zəhra Rəhnəvərd qardaşının bir aydır həbsdə saxlanması xəbərini yalnız indi açıqlamasına da aydınlıq gətirib: “Ona görə gizli saxladıq ki, aksiyalarda həbs edilən digər məhbusların ailələri elə bilməsinlər hamıdan çox öz yaxın adamlarımızın taleyi ilə maraqlanırıq”. Ş.Kaziminin həbs xəbərinin yayılmasından sonra hakimiyyətin mühafizəkarlara məxsus qəzetləri onu “iğtişaşlara rəhbərlikdə” və “vətəndaşları hökumətə qarşı təhrikdə” günahlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar