SON XƏBƏRLƏR

Abdulla Nuri : o zamanda kimsə inanmazdı ki aksiyalar şahı qaçmağa məcbur etsin. indi ki mənzərə onu xatırladır

2021.10.20, 07:36
Abdulla Nuri : o zamanda kimsə inanmazdı ki aksiyalar şahı qaçmağa məcbur etsin. indi ki mənzərə onu xatırladır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentlikləri dövründə daxili işlər naziri olmuş islahatçı Abdulla Nuri iyulun 21-də seçki məhbusu Məhəmmədrza Calalipurun ailəsi ilə görüşüb. O, seçkidən sonrakı kütləvi həbsləri kəskin tənqid edib. ölkənin indiki durumunu İran şahı Məhəmmədrza Pəhləvi hakimiyyətinin son illəri ilə müqayisə edən A.Nuri deyib: “O vaxt da heç kəs inanmazdı ki, bu məhdud və seyrək mübarizə və aksiyalar bir gün şahı ölkəni tərk edib getməyə məcbur edəcək”. Respublika ənənələrinin bərpasını, son aksiyalarda həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb edən A.Nuri Üləmalar Məclisinin rəisi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin ötən cümə namazındakı çıxışını dəstəklədiyini vurğulayıb. Bu çıxışda Rəfsəncani vətəndaşların hakimiyyətə olan etimadına xələl gəldiyini bildirmiş, dinc aksiyalarda həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar