SON XƏBƏRLƏR

27 yaşlı Məsud Haşımzadə dinc aksiyalarda ölənlərdən daha birisi

2021.10.20, 07:36
27 yaşlı Məsud Haşımzadə dinc aksiyalarda ölənlərdən daha birisi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 12 iyun prezident seçkisinin rəsmi nəticələrinə qarşı keçirilən dinc aksiyalarda öldürülən daha bir gəncin adı bəlli olub. Ürəyindən güllə yarası almış 27 yaşlı Məsud Haşımzadə bir ay əvvəl qətlə yetirilib. Məsudun qardaşı Milad Haşımzadə BBC radiosuna açıqlamada deyib: “İyunun 21-də qardaşım çölə çıxmışdı. Yaxın küçələrdən güllə səsi gəlirdi. Nigaran qalıb Məsudun ardınca çıxdım. Dəhşətli bir mənzərə ilə qarşılaşdım. Bir qrup aksiyaçını güllələyib yerə sərmişdilər. Min bir əziyyətlə Məsudu xəstəxanada tapsam da, o artıq ölmüşdü”. Milad qardaşının ölüm xəbərini 1 ay gizli saxlamalarının səbəbinə də toxunub: “Meyiti bizə təhvil verəndə yazılı iltizam aldılar. Dedilər ki, Məsudu səssiz-səmirsiz basdırmalısınız, əks halda sizə problem yaranacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar